Dekabrın 29-u üçün hava xəbərdarlığı


Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

dekabrin-29-u-ucun-hava-xeberdarligi
28.12.2022 20:50 1 dəq oxuma

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında da dekabrın 29-da qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

TurpKimi.com