Dekabrın 3-nə olan hava haqda


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda dekabrın 2-si axşamdan 3-ü gündüzədək güclü külək əsəcək.

dekabrin-3-ne-olan-hava-haqda-1-2
02.12.2025 17:39 1 dəq oxuma

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

TurpKimi.com