Dekabrın 6-na olan hava haqda


Yağıntılı hava şəraiti davam edəcək.

dekabrin-6-na-olan-hava-haqda-1
05.12.2025 19:15 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, havanın temperaturu gecə 8 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 8 dərəcəyədək, gündüz 13 dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 1 dərəcədən 6 dərəcəyədək şaxta, gündüz 4 dərəcədən 9 dərəcəyədək olacaq.

Dekabrın 6-da hava şəraiti ilə əlaqədar avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 6-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Bu hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

TurpKimi.com