Dekabrın ilk günü hava necə olacaq?


Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

dekabrin-ilk-gunu-hava-nece-olacaq
30.11.2022 16:51 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

TurpKimi.com