Dəmir qablarda satılan içkilərin zərərləri barədə həkimdən xəbərdarlıq


Demək olar ki, bu cür içkiləri ən çox alan kişilərdir...

demir-qablarda-satilan-ickilerin-zererleri-barede-hekimden-xeberdarliq
21.11.2023 00:16 1 dəq oxuma

“Dəmir qablaşmalı içkilər sağlamlıq üçün təhlükə yaradır, çünki anbarlarda saxlandıqda onların üzərində təhlükəli infeksiyalar ola və asanlıqla yoluxdura bilər”.

TurpKimi.com xəbər verir ki, bu fikirləri terapevt Anastasiya Timoşenko “LIFE.ru” saytına müsahibəsində bildirib. Bundan əlavə, onun sözlərinə görə, belə qablarda bisfenol A maddəsi var.

Mütəxəssis bildirib ki, həmin qabların saxlandığı anbarlarda çox vaxt qablaşdırmanı çirkləndirə bilən gəmiricilər məskunlaşır. Mikrobioloji tədqiqatların nəticələri belə qutuların yüksək bakterial çirklənməsini təsdiq edir. Bu da içki qəbul etdikdən sonra ciddi xəstəliklərə səbəb ola bilər. Belə ki, qabları çirklənmədən qorumaq üçün alüminium qutulara kiçik dozalarda istifadə edilən “bisfenol A” da təhlükə yaradır.

“Minimum miqdarda "bisfenol A" içkinin içinə sıza və çox miqdarda içki içdikdə qan təzyiqinin artmasına kömək edə bilər”, - ekspert xəbərdarlıq edib.

Bu problemlərdən qorunmaq üçün həkim içkiləri stəkanlara tökməyi, pipetlərdən istifadə etməyi, bankaları su və ya antiseptik vasitələrlə silməyi tövsiyə edib.

Firuzə Alimova / TURPKİMİ.COM