Problemlərin üst-üstə gəlməsi insanları depressiyaya salır. Bu depressiv vəziyyətdən, pis əhval-ruhiyyədən asanlıqla çıxmağın yollarından biri də qidalanmaya fikir verməkdir.
TurpKimi.com antidepressant qidaların siyahısını təqdim edir:
POMİDOR:
Pomidorun tərkibində bol miqdarda A və C vitamini var. Eyni zamanda çoxlu miqdarda likopen ehtiva edən pomidor, orqanizmdə antioksidant təsiri yaradır və depressiyanın inkişaf etməsinin qarşısını alır.
BALIQ:
Həm ləzzətli, həm də sağlamlığınız üçün faydalı olan balığın tərkibində Omega 3 miqdarı daha çoxdur. Omega 3 depressiyanın inkişafını əngəlləyir, eyni zamanda insanın immun sistemini gücləndirir.
SÜD VƏ QATIQ:
Parabiotiklər bağırsaqlara əhəmiyyətli dərəcədə müsbət təsir edir. Bağırsaqların nizamlı şəkildə fəaliyyəti emosional baxımdan orqanizminizə müsbət təsir göstərəcəkdir. Süd və qatığın düzgün istehlak edilməsi depressiya riskini tamamilə aradan qaldırır.
DOŞAB:
Doşabda bol miqdarda dəmir və kalium mineralı var. Bu minerallar depressiyayla mübarizə üçün lazım olan enerjinin istehsalına kömək edir.
Sarıkök:
Sarıkök serotenin mənbəyi olan qidalar qrupuna daxildir. Balla qarışdırılıb içilərsə həm mikrob xəstəliklərinə mane olar, həm də depressiya riskini azaldar.
İSPANAQ:
Orqanizm enerji istehsal etmək üçün gün ərzində bol miqdarda zülala ehtiyac duyur. İspanaqda eyni zamanda bol lif və zülal var.
Bundan başqa, ispanağın tərkibində olan fol turşusu seretonin hormonunun yaranmasına kömək edir. Beləliklə, ispanaqdan istifadə etməklə depressiya riskini minimuma endirmək mümkündür.
Vüsalə Əlövsətqızı, TurpKimi.com