Qəbul etdiyimiz qidalar üzümüzə yansıyır...
Sümük, əzələ, diş, dəri, qan damarlarının quruluşunda olan kollagen bədənin toxumalarına güc və elastiklik verən proteindir. Orqanizm kollagenin müəyyən hissəsini özü hazırlayır. Yerdə qalan hissəsini isə qəbul etdiyimiz qidalarla təmin edə bilərik.
TurpKimi.com yaş artıqca bədəndə azalan kollagenin artırılması üçün qəbul ediləcək qidaların siyahısını təqdim edir:
1 – Ət, balıq, toyuq
Mal əti, toyuq, hinduşka və balıq əti kollagenlə zəngin olan qidalardır. Proteinlə zəngin olan bu qidalar dərinin elastikliyini və möhkəmliyini artırır. Dəri hüceyrələrinin pisləşməsinin qarşısını alır.
2 – Yumurta
Ən keyfiyyətli protein qaynağı olan yumurtanın sarısı da, ağı da kollagenin yaranmasında güclü qida qaynağıdır.
3 – Tərəvəzlər
Nanə, adaçayı, ispanaq, gicitkən, çuğundur yarpağı kimi yaşıl tərəvəzlər kollageni artırmaqla dərini nəmləndirir və elastikliyini qoruyur.
4 – Sarı, narıncı, rəngli meyvə və tərəvəzlər
Şaftalı, manqo, qaysı, ananas, limon, qreyfrut, portağal, qovun, kök, balqabaq, qırmızı kartof və kivi kimi C vitamini bol olan qidalar kollagenlə zəngindir. Dərinin daha qüsursuz görünməsini təmin edir.
5 – Kükürd tərkilbi qidalar
Sarımsaq, kərəviz, zeytunun növləri, soğan, çiriş otu, xiyar, banan kimi kükürd tərkibli meyvə və tərəvəzlər bədəndə kollagen istehsalını artırır.
6 – Qırmızı meyvələr
Moruq, böyürtkən, qaragilə, quşüzümü, çiyələk, albalı, qara üzüm, alma, çuğundur, qırmızı bibər, pomidor kimi qidalar güclü antioksidant tərkibi ilə kollagenin çoxalmasına səbəb olur. Günəşin zərərli şüalarının dəridəyə edəcək mənfi təsirlərinin qarşısını alır.
7 – Quru meyvələr
Fındıq, fısdıq, qoz kimi quru meyvələr kollagenlə zəngindir.
8 – Süd məhsulları
Pendir, inək südü kimi məhsullar kollagenin istehsalını gücləndirən faydalı məhsullardır.
Qeyd edək ki, dərinizin daha qüsursuz və təmiz görünməsini istəyirsinizsə, mütləq ölü dəri hüceyrələrini təmizləməlisiniz. Bunun üçün ya xüsusi məhsullardan, ya da gözəllik mərkəzlərində təklif edilən xidmətlərdən istifadə edilə bilər.
Unutmayın ki, C dəri üçün ən vacib vitaminlərdən biridir. Nə qədər C vitaminli qidalar qəbul etsəniz, dərinizin günü-gündən gözəlləşdiyinin şahidi olacaqsınız.
Firuzə Alimova / TurpKimi.com
24-03-2021