Dərinin solğunluğu, ayaqların şişməsi və dodaqların göyərməsi...
Dodaqların və barmaqların uclarının mavi olması, dərinin solğunluğu, ayaqların şişməsi ürək çatışmazlığından xəbər verə bilər.
TurpKimi.com xəbər verir ki, bu haqda kardioloq İvan Efremkin “Lenta.ru”ya bildirib. O qeyd edib ki, nəfəs darlığı və dözümlülüyün azalması çox vaxt ürəklə bağlı problemlərdən xəbər verir.
“Daha ağır hallarda bədən çəkisinin kəskin azalması, akrosiyanoz (əllərin və ayaqların mavi rəngi) və bədəndə mayenin saxlanılması var ki, bu da gündəlik çəki artımına səbəb olur”, - Efremkin qeyd edib.
Həkim vurğulayıb ki, əgər insanın ürəyində problem varsa, normal fəaliyyətdən sonra da nəfəs darlığı ola bilər: “Ürək çatışmazlığı olan insanlar üçün ən adi fəaliyyət belə sürətli yorğunluğa səbəb ola bilər”.
Firuzə Alimova / TURPKİMİ.COM