Dərmanları qreyfrut şirəsi ilə içmək olmaz - Həkimdən xəbərdarlıq


Səbəbi tərkibindəki birləşmələrdir...

dermanlari-qreyfrut-siresi-ile-icmek-olmaz
22.05.2025 00:39 1 dəq oxuma

Dərmanları qreypfrutun şirəsi ilə içmək çox da məqsədəuyğun deyil. Bu, yan təsirlərin artmasına səbəb ola və qaraciyərə mənfi təsir göstərə bilər.

TurpKimi.com xəbər verir ki, bunu qastroenteroloq Yekaterina Kaşux “LIFE.ru”ya bildirib.

"Qreypfrutun tərkibində furanokumarinlər, dərmanların metabolizmindən (emalından) məsul olan CYP3A4 fermentini bloklayan birləşmələr var. Əgər dərmanları qreypfrut şirəsi ilə içsəniz, onlarda düzgün parçalanma getməyəcək və artan konsentrasiyalar da qanda toplanacaq”, - həkim izah edib.

Həkim qeyd edib ki, qreypfrut şirəsi bağırsaqlarda daşıyıcı zülallara da təsir edir ki, bu da qanda preparatın aktiv maddəsinin konsentrasiyasının artmasına səbəb olur. Bu, antihipertenziv dərmanlar qəbul edərkən qan təzyiqinin kəskin azalmasına, sedativlər qəbul edərkən həddindən artıq yuxululuğa, eləcə də digər arzuolunmaz təsirlərə səbəb ola bilər. Xüsusi risk altında olanlara statinlər, immunosupressantlar, aritmiya, narahatlıq və yuxusuzluğun müalicəsi üçün dərmanlar daxildir.

Firuzə Alimova / TURPKİMİ.COM