Qan axını üçün yaxşı ola bilər, amma əks göstərişləri çoxdur...
Üz üçün buz vannaları kəskin dermatoloji xəstəliklərdə dərinin vəziyyətini pisləşdirə bilər.
TurpKimi.com-un məlumatına görə, bu fikirləri dermatoloq və tibb elmləri namizədi İrina Skoroqudayeva “Moskva 24”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məşhur gözəllik tendensiyası qan axınını yaxşılaşdırır, lakin rosaçea və iltihab üçün əks göstərişdir.
“Bu prosedur dermatoloji xəstəliklərin kəskin dövründə, xüsusilə də hər hansı bir formada rosaçea zamanı edilməməlidir. Kəskin soyuduqdan sonra qan damarlarının refleks genişlənməsi baş verir ki, bu da kəskinləşməyə səbəb ola bilər. Üzün bundan sonra necə reaksiya verəcəyini təxmin etmək çətindir”, - deyə həkim izah edib.
Həkim qeyd edib ki, rosaçea xəstəliyinin remissiyası zamanı, simptomlar yüngül və ya yox olduqda belə prosedur həyata keçirilməməlidir. Bundan əlavə, buz vannaları sızanaq və ekzema kimi kəskin dəri iltihablarında əks göstərişdir.
Skoroqudayeva əlavə edib ki, qəfil soyuma qan damarlarının refleks genişlənməsinə səbəb olur ki, bu da dərinin vəziyyətinin pisləşməsinə və gözlənilməz reaksiyaya səbəb ola bilər.
Firuzə Alimova / TURPKİMİ.COM