Dərs oxuyarkən saqqız çeynəyin - BİLİNMƏYƏN FAYDASI


Saqqızın bu vaxta kimi bilinməyən faydası aşkarlanıb.

ders-oxuyarken-saqqiz-ceyneyin
04.04.2019 11:14 1 dəq oxuma

Saqqız çeynəməyin insan sağlamlığına faydalı olduğunu bilirdiniz?

Elmi araşdırmalar zamanı məlum olub ki, saqqız çeynəmək ağız və diş sağlamlığına, psixologiyaya gözəl təsir edir.

Saqqız çeynəmək yaddaşı gücləndirir. Mütəxəssislər deyir ki, saqqız çeynənən zaman çənənin hərəkət etdirilməsi yaddaşın gücləndirilməsinə kömək edir. Bu da imtahana hazırlaşarkən saqqız çeynəyən insanların uğur qazanmasını təmin edir.

Saqqız çeynəyən zaman beynə gedən qan axını 40 faiz artır və çox oksigen gedir.

Bundan başqa saqqız çeynəmək stressi azaldır, motivasiyanı artırır, oyaq qalmağa kömək edir və bunun sayəsində bədənə enerji verir. Həmçinin saqqız bağırsaqda hərəkətliliyi artırır və ağızda tüpürcəyin miqdarını artıraraq qəbzliyə və köpə yaxşı təsir edir.

Yemək yedikdən sonra çeynənilən saqqız ağız və diş təmizliyi üçün çox vacibdir.

Firuzə Alimova / TurpKimi.com