Yeni tədris ili başladı. Şagirdlər, tələbələr və təhsil işçiləri günlərinin yarıdan çoxunu oxumağa, öyrənməyə və öyrətməyə həsr edirlər.
Dərsə hazırlaşarkən fokuslanma problemi yaşayırsınızmı? Diqqətinizi bir yerə cəmləməkdə çətinlik çəkirsiniz?
TurpKimi.com olaraq sizə bu problemdən xilas olmaq üçün kiçik və effektli ipucları təqdim edirik:
Ətraf mühitdən uzaqlaşaraq fokuslanmanı artırmaq və daha məhsuldar dərsə hazırlaşmaq üçün aşağıdakıları mütləq oxuyun.
Sizin diqqətinizi yayındıran şeyləri otaqdan çıxardın.
Dərsə hazırlaşarkən telefonu, televizoru və ya digər diqqət dağıdan cihazları bağlayın. İş mühitini səssiz və sakit bir yerə köçürün.
Sizin diqqətinizi işinizə cəmləyəcəyiniz mühiti özünüz yaradın.
İş masanızın və stulunuzun rahat olduğundan əmin olun. İş sahənizi fokuslanmanızı artıracaq şəkildə təşkil edin.
Kiçik hədəflər təyin edin. Böyük bir proyektlə məşğul olmaq fokuslanmağı çətinləşdirə bilər. Bunun yerinə proyekti daha kiçik, daha idarə oluna bilən hissələrə bölün. Bu, hər bir parçaya fokuslanmağı asanlaşdıracaq.
Qısa fasilələr verin. Uzun müddət fokuslanmaq çətin ola bilər. Bu səbəblə hər 25-30 dəqiqədən bir qısa fasilələr verin. Bu fasilələrdə ayağa durun, bir az gəzin, ya da başqa bir şey edin. Hər gün nizamlı şəkildə işləmək fokuslanmağı və məhsuldarlığı artıracaq.
Pomodoro texnikasından istifadə edin. Pomodoro texnikası, 25 dəqiqəlik iş seanslarını 5 dəqiqəlik fasilələrlə birləşdirən zamanı idarəetmə texnikasıdır. Bu texnika fokuslanmağı və məhsuldarlığı artırmağa kömək edə bilər.
İşinizə bir mükafat əlavə edin. Hədəflərinizi tamamladıqda özünüzə kiçik bir mükafat verin. Bu, motivasiyanızı və fokuslanmağı artırmağa köməkçi ola bilər.
Dərsə hazırlaşmaqdan zövq alın. Bu hiss fokuslanmağı asanlaşdıracaq. İşinizi maraqlı və əyləncəli hala gətirməyin yollarını özünüz tapın. Hər dəfə maraqlı üsullarla hədəfinizə gedən yolu daha əyləncəli etmək üçün nələrsə fikirləşin.
Hər işinizin zamanında həll etdiyinizin şahidi olacaqsınız.
Vüsalə Əlövsətqızı, TurpKimi.com