Normal dil necə olmalıdır?
Diliniz əlbəttə nəyinsə dadına baxmağa, çeynəmənizə və udmağınıza kömək edir. Bundan başqa diliniz həm də sizin sağlamlığınızın vəziyyətindən xəbər verir.
TurpKimi.com bildirir ki, bir çox xəstəliklərin göstəriciləri dilimizdə ortaya çıxa bilir. Orqanizmimizdə bəzi şeylər düzgün getməyəndə ilk işarələri çox vaxt dilimdə görünür. O zaman normal dil necə olmalıdır?
Normal dil çəhrayı və qırmızı rəngdə olmalı, o rənglərin xaricində olarsa, sağlamlıqda hansısa problemin olduğuna işarədir.
VİTAMİN ƏKSİKLİYİ
Parlaq qırmızı rəngdə olan dil fol turşusu, B12 vitamini və ya dəmir əksikliyinə işarədir. Bu əksikliklər yediyiniz qidalar və ya orqanizmi möhkəmləndirməklə düzəldilə bilər. Parlaq qırmızı dil adətən balaca uşaqlar arasında rast gəlinən bəzi qan damarlarında iltihablanmaya səbəb olan nadir və müalicə edilə bilən “strep boğaz infeksiyası” və ya “kavasaki” xəsətəliyinə işarədir. Lakin güzgüdə dilinizi qırmızı görəndə dərhal narahat olmayın. Çünki yediyiniz isti şorba da dilinizi asanlıqla qızarda bilər.
ÇÖLYAK XƏSTƏLİYİ
Bu xəstəlik qlüten allergiyası və ya həssaslıq kimi tanınır. Gülten qəbul edərkən bağırsaqlara hücum etmək üçün immun sisteminə xəbərdarlıq edilir. Qəbzlik, ishal və şişkinlik kimi göstəricilər ən geniş yayılmış simptomlarıdır. Ancaq çölyak xəstəliyi dilimizin üzərindəki kiçik tükcükləri itirməmizə səbəb ola bilər. Bu xəstəlik “tüksüz dil” olaraq da adlanan “atrofik glossit” xəstəliyinə yol açar. Dildəki kiçik tükcüklərin yox olması dadbilmənin dəyişməsinə səbəb olur. Turş, istiotlu və spirtli içki içərkən dildə yanma hissi olacaq. Odur ki, çölyak xəstəliyinə uyğun qidalanmadıqda bu hallar yaşana bilər. Bundan başqa, dildə və ya ağızın digər yerlərində yaralar meydana gəlir.
ŞƏKƏR XƏSTƏLİYİ
Nəzarət altında olmayan şəkər xəstələrinin ağızda kandidiasis yaranır. Bu infeksiya diabetin ilkin göstəricisi olur. Adətən zəifləmiş immun sisteminin təsiri nəticəsində olur. Göbələk infeksiyası olan ağartı dilinizi ağ rəngli təbəqə ilə örtər.
Diabetli xəstələrdə ağız quruluğu da olur. Şəkər xəsətəliyi düzgün diyeta ilə idarə olunmasa, dil bir qədər əyilmiş və normal şəklindən fərqli görünə bilər.
SJÖGEN SİNDROMU
Otoimmun xəstəliyi olan bu sindrom bədənin bir çox yerlərinə yayıla bilər, ancaq daha çox tüpürcək vəzlərini və gözyaşı kanallarına təsir edir. Bu isə quru ağız və quru gözlərin olmasıyla nəticələnər, ağızda yaralar yaradar. Çünki tüpürcəyin səviyyəsi azalanda dildəki göbələklər çoxalmağa başlayar. Dildəki ağımtıl (pamukçuk) yaralar isə dildəki kiçik tükləri yox edir. Bu zaman diliniz tüksüz və qırmızı ola bilər. Sjögen sindromlu insanların dillərində yanma hissi olur.
HİV/ AİDS
Uzun illər bundan əvvəl HİV/AİDS kəskin ölümcül bir xəstəlik olaraq qəbul edildiyi halda, dildəki pamukçuk yaralar bunun ilk göstəriciləri idi. HİV və AİDS nəticəsində zəifləmiş immun sistemi bədənimizdə olan orqanizmlərlə mübarizə aparmağımızda çətinlik yaradır. Dilinizin üzərində və ağzınızın başqa yerlərində müşahidə edilən qırmızı ləkələr HİV/ AİDS-in işarələri ola bilər. Dilinizdə “tüklü lökoplaki” adı verilən ağ tüklü görünüşlü artımlar ola bilər. Lakin bu gün bu kimi xəstəlikləri müalicəsi vardır.
XƏRÇƏNG
Əlbəttə ki, xərçəng düşünəcəyiniz ən son şeydir. Lakin başda, boyun və ağızda olan xərçəngi müəyyən etmək üçün dil birincidir. Dilinizdəki (və ya ağzınızda başqa bir yerdə) iki həftədən çox davam edən şişlik və ağrı xərçəngin göstəricisi ola bilər.
Firuzə Alimova / TurpKimi.com