Diqqət! - Əti buna görə yumaq olmaz


Əti yumaq bakterial zəhərlənmələrə yol açır.

diqqet-1-2-3
08.02.2021 18:45 1 dəq oxuma

Bəzi insanlar əti yumadan bişirmirlər. Hətta əti sirkə, limon suyu, su və kimyəvi maddələrlə təmizləməyə, yumağa çalışırlar.

TurpKimi.com xəbər verir ki, mütəxəssislərin fikrincə ətin yuyulması səhv addımdır. Çünki əti yuyarkən bakterialar yayılır, səthlər təmizlənmədiyi təqdirdə bu bakterialar insanlara keçir və zəhərlənmələrə səbəb olur. 

Çarpaz yayılma risklidir

Aparılan son araşdırmalara görə, əti təmizləmək üçün yuyarkən ətin yuyulduğu səthin yaxınında olan tərəvəzlərə çarpaz yayılma ilə  26 faiz bakteriya yayılır. Bu  tərəvəzləri salatda çiy istehlak edəndə bakterial qida zəhərlənməsi baş verir.  İnsanların 32 faizi isə əti yumasa belə ətə toxunduqdan sonra əlini çox yaxşı yumadığı üçün tərəvəzlərə bakteriya keçir. Əti yumadan bişirmə texnikasına uyğun bişirdikdə heç bir təhlükə olmur.

Ətdəki bakteriyaların ətrafa yayılma  riskini azaltmaq üçün əti yumamaq lazımdır.

Günümüzün texnologiyaları ilə qablaşdırılmış ət xüsusi şərtlərdə hazırlanmalı, saxlanmalı və bazara çıxarılmalıdır. Əks halda hansısa diqqətsizlik, düzgün saxlanılmama şərtləri əti orqanizm üçün təhlükə mənbəyinə çevirə bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com