Orqanizmdə gedən hər bir proses mütləq özünü göstərir.
Üzə çıxan sivilcələr ayrı-ayrı xəstəliklərdən xəbər verir. Mütəxəssislər bildirir ki, üzə çıxan sivilcələrə diqqət edərək, xəstəlikləriniz haqda məlumat sahibi ola bilərsiniz. Odur ki, heç vaxt sivilcə deyib üstündən keçməyin! Üzün müxtəlif yerlərində çıxan sivilcələrin bir çox mənası var.
TurpKimi.com sivilcələrin üzdəki xəstəlik göstəricilərini fotolarda təqdim edir:
1 – ALIN
Alında olan sivilcələr stress və yuxusuzluqdan qaynaqlanır. Bundan başqa, yüksək kalorili qidalanma da həzm sistemində problemlərin olduğunu göstərir. Digər göstərici qara ciyər problemi də ola bilər.
2 – ÇƏNƏ
Çənədə yaranan qara nöqtələr hormon səviyyənizi yoxlamağınız deməkdir.
3 – ÜZÜN KƏNARLARI
Saçın kənarları boyu və qulaqlara yaxın yerdə çıxan qara nöqtələr də hormonal problemlərdən qaynaqlanır. Bu kimi qara nöqtələrə istifadə etdiyiniz kosmetik vasitələr də səbəb ola bilir. Ona görə də istifadə etdiyiniz kasmetik vasitə və saç şampununa diqqət edin. Üzünüzdə hər hansı dəyişikliyin olub-olmadığını görmək üçün təbii gözəllik vasitələrindən istifadə edin.
4 – YANAQLAR
Yanaqlarda olan qara nöqtə və sivilcələr çoxlu miqdarda şəkər yeməkdən qaynaqlana bilər. Odur ki, gündəlik şəkərdən istifadənizi məhdudlaşdırmağa çalışın. Bu bölgə həmçinin ağ ciyərlə də bağlıdır. Yanaqlardakı sivilcə bəzi tənəffüs yolu problemlərinin nəticəsi ola bilər. Bundan başqa, yanaqlardakı sivilcələrin digər səbəbi telefondur. Telefon özündə bir çox bakteriyanı saxladığı üçün ekranını tez-tez dezinfeksiyaedici vasitələrlə silməyi unutmayın!
5 – QAŞ ARASI
Qaşların arasında çıxan sivilcə və aknelər qara ciyər problemləri ilə bağlıdır.
6 – BURUN və ÜST DODAĞIN KƏNARLARI
Buruna çıxan sivilcələr çox ədviyyatlı, duzlu və yağlı qidalandığınızı göstərir. Bu kimi qidaların miqdarını azaltmağa çalışın. Həmçinin ürəyin sağlamlığına və təzyiqinizə diqqət edin. Dodağın üst hissəsində və burunun ucundə olan sivilcə ürək, dalaq və ağ ciyər problemlərindən qaynaqlanır.
Artıq akne və sivilcələrin üzünüzdəki xəritəsini bildiyiniz üçün orqanizminizin sizə nəyinsə yanlış getdiyini deyib-demədiyini anlaya biləcəksiniz.
Firuzə Alimova / TurpKimi.com