Saxta mal alıb ailənizi, övladınızı təhlükəyə atmayın!
1. “İmmunoRHo” nə üçündür?
Qan qrupundan asılı olmayaraq, atanın qanı Rh müsbət, hamilə qadının qanı Rh mənfi olarsa, dölün qanı Rh müsbət olduğu halda qırmızı qan hüceyrələri ananın qan dövriyyəsinə keçdiyi zaman Rh UYĞUNSUZLUĞU baş verir.
TurpKimi.com Yenisabah.az-a istinadla xəbər verir ki, Rh UYĞUNSUZLUĞU anada rezus sensibilizasiyaya səbəb olur. Belə ki, ananın Rh mənfi qanı dölün Rh müsbət qanına qarşı antirezus D anticismini sintez edir. Bu halda ilk hamiləlikdə uşaq zərər görmür. Lakin ana əvvəl immunsensibilizə olunubsa, digər hamiləlikdə ananın Rh (D) anticismi dölün qanına keçir və dölün Rh müsbət qırmızı qan hüceyrələrini parçalayır.
“İmmunoRHo” antirezus immunoqlobulin olub, anada rezus sensibilizasiyanın qarşısını alır, bu problemi aradan qaldırır. Hamiləlik zamanı qadında rezus anticisim tapılmadıqda rutin antenatal, doğuşdan sonra uşağın qanı Rh müsbət olduqda və s. hallarda anti-D immunoprofilaktika məqsədi ilə təyin olunur. Hazır şpris formasındadır.
2. “İmmunoRHo” istifadə edilməsə, nə baş verər?
Döldə hemolitik xəstəlik, anemiya inkişaf edir, dölün hidropsu, ağır hallar baş verir. Ağır hiperbilirubinemiya olur, körpənin beyni zədələnir, beyində geridönməyən dəyişikliklərə səbəb olur.
Hətta yenidoğulmuşun ölümünə səbəb olur. “İmmunoRHo”ya qədər, keçmiş illərdə hemolitik xəstəlik ilə doğulmuş uşaqlar arasında ölüm halları 60-80 % təşkil edirdi. Bu hal perinatal ölüm göstəricilərinin yüksək olmasının əsas səbəblərindən biri idi.
3. Saxta mal nə kimi fəsadlar verə bilər?
“İmmunoRHo” insan qanından alınan məhsuldur. Gətirilməsi, saxlanması və çatdırılması xüsusi standarta uyğun 2-8o C-də aparılmalıdır. Əks halda parçalanıb adi məhlula çevrilir. Klinik effekti olmur. “Altes Farm” bu öhdəliyi rəsmi şəkildə öz üzərinə götürüb, “İmmunoRHo”nun tədarükü “KEDRİON” zavodu ilə əməkdaşlıq əsnasında icra edir.