Diqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz “qırmızı”sı


Qırmızı qida boyalarının demək olar ki, hamısı əzilmiş həşəratlardan istehsal olunur.

diqqet-ozunuz-de-bilmeden-bocek-yeyirsiz
06.07.2019 22:53 3 dəq oxuma

Qırmız böcəyi kimi tanınan və ana vətəni Cənubi Amerika olan həşəratlardan milyonlarla yetişdirilir və ərzaq boyalarının istehsalında istifadə edirlər. 

TurpKimi.com xəbər verir ki, meyvəli yoqurtlara, dondurmalara, içkilərdən tutmuş, rəngli tort kremlərinə qədər qırmızı rəng ehtiva edən hər işlənmiş ərzaqda karmin böcəklərinin izləri var. Xüsusilə Peruda sənaye məqsədilə yetişdirilən karmin həşəratı bir çox qırmızı dodaq boyalarında da istifadə edilir. 


 

 

Karmin böcəyi qlobal ərzaq bazarında istiyə davamlı olduğuna görə əvəzolunmaz nemətdir. İnsan sağlamlığı  üçün heç bir mənfi təsiri olmayan karmin böcəyinin əzilməsindən əldə edilən qırmızı rəng temperatur dəyişkənliyinə uzun müddət tab gətirə bilir və canlı rəngini itirmir. Mütəxəssislərin bir hissəsi Karmin böcəyindən əldə edilən qida boyasının təbii məhsul olduğunu deyirlər və kimyəvi qida boyalarındansa karmin həşəratı boyasının daha üstün olduğunu bildirirlər.  Ancaq karmin böcəyindən istifadə edən şirkətlər məhsulların etiketlərində qırmızı rəngin necə əldə edildiyinə dair daha dəqiq məlumat yazmalıdırlar.


 
Aldığınız qırmızı rəngli ərzaq məhsullarının etiketindəki ”İçindəkilər” bölməsini yaxşıca oxuyun. Etiketdə "Karmin", Karmin həşəratı, Avropa Birliyində təsdiq edilmiş E120 kod adı yazıla bilər. 

Karmin böcəyi və bu həşəratın sənayedə istifadəsindən bəhs edən "Mükəmməl qırmızı" adlı kitab yazan Amy Butler Greenfield etiketdə məhsullara qırmızı rəngi verən mənbə haqqında dəqiq məlumat yazılmalı olduğunu bildirir.  Greenfield qeyd edir ki,  Karmin son dərəcə etibarlı, təbii qida boyasıdır. Ancaq karminə qarşı allergiyası olan çox sayda insan da var. Buna baxmayaraq təmiz məhsuldur. 

Peru hazırda dünyada karmin istehsalının 95 faizini qarşılayır.  Ölkənin Karmin fermalarında 32.600 fəhlə işləyir.

Peru ötən il 647 ton karmin qida boyası ixrac edərək 46,4 milyon dollar məbləğində gəlir götürmüşdü. 5 millimetr boyu olan böcəklər kaktus yarpaqlarından toplanır. Qanadsız dişilər qırmızı qida boyası istehsalında istifadə edilir. Həşəratın çəkisinin az qala dörddə birini karminik turşusu yaradır. Karminik turşu həşəratı yırtıcı həşəratlardan qoruyur. Greenfield istehsal prosesindən bəhs edərkən bildirib: "Əvvəl böcəklər qurudulur. Bir neçə  süzmə sistemindən keçirilir və həşərat hissələri təmizlənir".


 Həşəratdan  istehsal edildiyi üçün bu ərzaq boyasına tələbatın azaldığını düşünürsən. Əslində vəziyyət tam əksinədir. Karmin böcəklərinin sayı məhduddur.  Perulu fermerlər həşəratın sayını bir nöqtəyə qədər artırırlar. Bu səbəbdən də son illərdə ərzaq boyasının qiyməti sürətlə yüksəlib. Ancaq Peta kimi heyvan haqları təşkilatları bu böcəklərin sənaye məqsədilə  yetişdirilib  ərzaq sektoruna xidmət edilməsinə qarşı çıxır. Peta, "Yalnız 500 qram qida boyası üçün təxminən 70 min həşərat öldürülür. Vegan həyat tərzini mənimsəmiş istehlakçılar, firmalara təzyiq edərək  heyvanları  qoruyan  istehsal prosesinin qurulmasını tələb edir” –deyə,  bildirir. 

Çuğundur və ya böyürtkən kimi dənəli giləmeyvələrdən də  əldə edilən boyalar vardır. Ancaq heç biri karmin qədər uzun ömürlü deyil. Məsələn, çuğundurdan  əldə edilən beta işığa və ya istiyə məruz qalanda solur və rəngi itir. Ona görə də bu boya növü adətən yalnız rəf ömrü qısa olan məhsullarda istifadə edilir. Greenfield karminin təbii bir məhsul olduğunu qeyd edir  və minlərlə perulu əkinçinin yeganə dolanışıq mənbəyi olduğunu vurğulayır. Əksəriyyəti  kasıb fəhlələr olan minlərlə perulu karmin həşəratı sayəsində pul qazanır və yaşayır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com