Dırnaq batmasına qarşı ev şəraitində nə etməli?   - Sadə məsləhətlər


Barmaqda və dırnaq kənarında qızarma, şişkinlik, ağrı kimi şikayətlərə səbəb olan  dırnaq batması cəmiyyətdə çox sıx rast gəlinən problemlərdən biridir.

dirnaq-batmasina-qarsi-ev-seraitinde-ne-etmeli
20.05.2023 20:47 2 dəq oxuma

Dırnaq batması dərinləşmiş xəstələrdə isə ayaqqabı geymək çətinləşir, corablar tez çirklənir, iltihab və irinləmə kimi problemlər yaranır. İsti havalarda, ümumiyyətlə burnu açıq ayaqqabılar, sandal  və başmaqların geyilməsi ayaqlarda dırnaq batması olanları çox rahatladır. Payız və qış ayları isə  dırnaq batmasından əziyyət çəkənlər üçün çətin keçir. 

TurpKimi.com türk mediasına istinadla xəbər verir ki,  Ortopediya və Travmatologiya üzrə  Mütəxəssis Op.Dr. Feza Köylüoğlunun dırnaq batması və müalicə üsulları haqqında bəzi məlumatları paylaşıb. 

Dırnaq batmasının səbəbi və əlamətləri nələrdir? 


Dırnaq batması, xüsusilə ayağın baş barmaq dırnağının iç və ya xarici kənarında şişkinlik, qızartı  və ağrıyla  büruzə verən  infeksiyadır. Mexaniki olaraq dırnaq kənarının ətə  batması ilə  başlayır. Getdikcə ağrılar sərtləşir və yerimək çətinləşir. Başlanğıcda yalnız sərt bir yerə toxunarkən  olan ağrı bir müddət sonra corabı çirklədən ciddi bir infeksiya halına gəlir.

Dırnaq batması kimlərdə olur? 

Aşağı-yuxarı hər yaş qrupunda ola bilər. Dırnaq batmasına bir çox şey səbəb ola bilər. Ümumiyyətlə dar ayaqqabı geyinmək, dırnaqların səhv kəsilməsi və çox tərləyən ayaqlar dırnaq batmasına səbəb ola bilər. Xüsusilə gənclərdə, çox tərləyən ayaqlarda dırnaq batması olur.

Pedikür dırnaq batmasına yaxşı təsir edərmi? 

İltihablı dırnaq batması varsa,  müalicəsi  cərrahi müdaxilədir. Oraya məlhəm sürtmək və ya antibiotik istifadə etmək problemi həll etməz. Bərbərlərdə pedikür etdirmək də həll  yolu deyil, hətta problemi həll etmək yerinə böyüdə bilər. Çünki problemin təməlində dırnağın bir parçasının mexaniki olaraq ətə girərək iltihab yaratması durur. Kiçik bir cərrahi müdaxilə ilə bu mexaniki maneə dəf edilmiş olur. 

Dırnaq batması üçün hansı müalicə metodu və  necə tətbiq olunur? 

Sağlam bir müalicəyə başlamazdan əvvəl dırnaq diqqətlə  qiymətləndirilir. Dərhal  batıq qismi götürülür və bəzən də tikiş qoyulur. Burada dırnağın dərhal çıxardılması həll yolu deyil. 

Tel müalicələrinin də nəticəsi yaxşıdır.Dırnaq kənarındakı yalnız batıq hissə  kökünə qədər götürülür, buradan bir daha dırnaq çıxıb batıq yratmasın  deyə,  batıq yeri kimyəvi bir maddə ilə korlanır.  Beləliklə, təkrar batıq olma ehtimalı ən aza endirilir.

Dırnaq batmasının qarşısını almaq üçün  bunlara diqqət edin: 

1.Dırnaqlarınızı çox qısa kəsməyin.
2.Dırnaqlarınızın künclərini dik, sivri şəkildə kəsməyin, yarım ay şəklində kəsin. 
3.Dar və iti burun və dikdaban ayaqqabılardan uzaq durun.
4.Bir müddət barmağınızı açıqda qoyan başmaqlar və sandallardan  istifadə edin.


5.Ayaqlarınızı quru saxlayın.
6.Yalnız pambıqlı corab geyinin və gündəlik dəyişdirin.
7.Ayağınızda  problem varsa və ya öz dırnaqlarınızı kəsə bilmirsinizsə, etibarlı bir yerdə dırnaq baxımı və pedikür etdirməyi seçin.
8.İçe doğru uzanan, bir neçə həftə davam edən iltihablı dırnaq batmanız varsa, mütləq həkimə, ya da dırnaq üzrə mütəxəssisə müraciət edin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb; 22.03.2021