Dırnaq boyasının tez qurumasını istəyənlərə... - Bunları edin


Dırnaqlarına xüsusi baxım edən xanımlar üçün...

dirnaq-boyasinin-tez-qurumasini-isteyenlere
03.04.2019 00:45 1 dəq oxuma

Dırnağınıza boya sürtdükdən sonra canınızı qurumasını gözləməkdən qurtarmaq istəyirsiniz. Sizi bu sıxıntıdan azad etmək üçün çox sadə üsulları təqdim edirik:

  • Saç spreyi

Dırnaq boyasını sürtdükdən sonra üzərinə saç spreyi vurun. Saç spreyində olan maddələr dırnaqdakı boyanın donmasına və dərhal qurumasına kömək edir.

  • Saç feni

Saç feninin istiliyini aşağı səviyyədə qoyaraq dırnağa yaxınlaşdırın. Dırnaqdakı boya bu yolla çox tez quruyacaq.

  • Soyuducuda

Dırnağa boya sürtdükdən sonra əllərinizi bir müddət soyuducunun dərin dondurucu hissəsində tutun. Boyanın tez quruduğunu görəcəksiniz.

  • Buzlu su

Barmaqlarınızın girə biləcəyi bir kasaya su və buz hissəcikləri qoyun. Əlinizi buzlu suyun içərisində 1 dəqiqə saxlayın, sonra bir qat boya sürtün. Bir qat boyanı sürtdükdən sonra, əlinizi yenə buzlu suyun içinə qoyun və 10 saniyə gözləyin. Sudan çıxarandan sonra dırnağınıza ikinci qatı sürtün və təkrar buzlu suya salın, yenə 10 saniyə gözləyin. Boyanın sürətlə quruduğunu görəcəksiniz.

Firuzə Alimova / TurpKimi.com