Dırnaq uzatmaq gözəllikdir, yoxsa...
Qadınların vazkeçilməz vərdişlərindən biri olan dırnaq uzatmaq heç də göründüyü kimi məsum deyil. Dırnaqlarınızın sağlamlığı və gigiyenası üçün bu istəyinizdən vaz keçməlisiniz.
Əlin gigiyenası ilə bağlı aparılan araşdırmalar dırnağın diblərində yerləşən bakteriyaların nə qədər təmizlənsə də məhv olmadıqlarını ortaya qoyub. “Mən əllərimi hər gün yuyuram” desəniz də bu özünüzü aldatmaqdan başqa bir şey deyil. Çünki o bakteriyalar uzun dırnaqların dibində yaşamağa davam edir.
Təbii dırnaqlarda rast gəlinən gigiyenik problem süni dırnaqlar üçün də keçərlidir. Süni qoyma dırnaqlar da bakteriyaların yaşaması üçün münbit şərait yaradır.
Qeyd edək ki, dırnaqlar çox uzun olanda bağırsaqlarda ishal yaradaraq sağlamlığa zərər verir. İshalın insan orqanizminə ölümcül təsirlərini söyləsək, o zaman nə qədər diqqətli olmağı anlayacaqsınız. Odur ki, dırnaqlarınızı qısa saxlayıb tez-tez yusanız bununla bağlı səhhətinizdə problem yaşamayacaqsınız.
Firuzə Alimova / TurpKimi.com