Dırnaqlardakı ağ ləkələr nədən xəbər verir?


Hər gün göz önündə olan dırnaqlardakı dəyişikliyə ciddi yanaşın.

dirnaqlardaki-ag-lekeler-neden-xeber-verir
12.09.2019 12:52 1 dəq oxuma

Dırnaqlarınızda olan ağ ləkələri adi bir ləkə kimi görürsünüzsə, sağlamlığınızı təhlükə altına atan riskləri gözardı etmiş olursunuz. Çünki kiçik ağ ləkələr bəzi xəstəliklərin əlamətidir.

Orqanizmdə gedən bəzi dəyişikliklər bədənin müxtəlif yerlərinə sirayət edərək kiçik problemlərin üzə çıxmasına səbəb olur.

Belə ki, dırnaqlardakı ağ ləkələr anemiya xəstəliyinin və ya vitamin əskikliyinin göstəricisi olaraq ortaya çıxır.

Lakin dırnaqda olan qara xətlər xərçəngin bir növünə işarədir. Sarı dırnaqlar isə göbələk xəstəliyinin göstəricisidir.

Dırnaqlarda qabarıqlıq serroz, ağ ciyər xərçəngi və bağırsaq xəstəliklərindən xəbər verir.

Firuzə Alimova / TurpKimi.com