Dırnaqları gücləndirmək üçün salonlara pul tökməyə ehtiyac yoxdur - Ev şəraitində hazırlanan vasitə


Qadınların çoxu dırnaqlarının tez qırılmasından və nazik olmasından şikayətlənir.

dirnaqlari-guclendirmek-ucun-salonlara-pul-tokmeye-ehtiyac-yoxdur
28.01.2023 20:51 1 dəq oxuma

TurpKimi.com ev şəraitində dırnaqları gücləndirmək üçün bir neçə sadə məsləhət haqda yazacaq. İlk növbədə dırnaqları kimyəvi maddələrin və zərərli vasitələrin təsirlərindən qoruyun. Çox pul xərcləmədən evdə hazırlayacağınız vasitə dırnaqlara qulluq üçün yaxşı seçimdir.

Lazım olanlar:

1 xörək qaşığı dəniz duzu

1 kiçik çay qaşığı limon suyu

1 kiçik çay qaşığı sirkə

1 kiçik çay qaşığı zeytun yağı

Hazırlanması:

Bir ləyən ilıq suya dəniz duzu, limon suyu və sirkəni tökün,  zeytun yağını da əlavə edin.

Əllərinizi bacardığınız qədər bu suyun içində saxlayın.

Əgər hər axşam bu düsturu tətbiq etsəniz, dırnaqlarınız çox qısa zamanda güclənəcək.

Bu düsturdan miqdarını bir az artıraraq ayaq dırnaqlarınız üçün də istifadə edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

16-03-2022