Dişinizi 3 dəqiqə kömürlə fırçalayın


Nəticə ilk yumada sizi təəccübləndirəcək...

disinizi-3-deqiqe-komurle-fircalayin
08.01.2022 23:53 1 dəq oxuma

Sağlam, ağ və səliqəli dişlər hər kəsin arzusudur. 

TurpKimi.com bildirir ki, diş, diş ətləri və protezlərə ilişən yapışqan və yumşaq bakteriya təbəqəsinə diş daşı deyilir. Bu təbəqə tüpürcəkdə olan minerallarla birləşərək sərtləşir və diş daşı adlanan təbəqəni meydana gətirir.

Diş daşları qida qalıqlarının yığılıb qalması, bakteriyaların, diş dibinin yaxşı fırçalanmaması səbəbindən yaranır. Üstəlik siqaret, çay və qəhvə kimi faktorlar da dişlərin tez çirklənməsinə gətirib çıxarır. Bir tablet aktivləşdirilmiş kömürü bir qədər su ilə qarışdırıb yumşaldın. Sonra diş fırçasını kömürə sürtüb dişlərinizi fırçalayın. 3 dəqiqə gözləyin və ağzınızı yaxalayın. İlk fırçalanmadan sonra dişlərinizdəki fərqi görəcəksiniz.

Qeyd edək ki, aktivləşdirilmiş kömürlə kömür qarışdırılmamalıdır. Hər ikisi eyni əsas materialdan hazırlansa da, kömür yüksək temperaturda aktivləşmir.

Firuzə Alimova / TurpKimi.com