Dişləri gücləndirən - 10 QİDA


Digər dişləriniz çürümədən yazılan məsləhətlərdən tez faydalanın.

disleri-guclendiren
10.01.2021 22:27 3 dəq oxuma

Çox vaxt diş həkiminə gedərkən diş və ağzımızdakı problemləri eşidib məyus oluruq. Çünki sağlamlığı itirilən dişləri yenidən sağaldaraq olduğu kimi geri qaytarmaq mümkün deyil. Həmçinin diş müalicəsi çox ağrılı prosesdir. Dişlər və ağız boşluğu bizi incidəndə istədiyimiz kimi qidalana bilmir və sağlamlığımızda bəzi problemlər yaşanmağa başlayır. Yəqin ki, bu problemləri yaşayan bir çoxları qeyd edilənləri çox gözəl anlayacaq.

Lakin məsələnin maraqlı tərəfi həkimlərin pasiyentlərə dişlərini necə qorumaları ilə bağlı heç bir məsləhət verməmələridir. Yəni necə qidalansınlar, nələri yeyib dişlərin güclənməsini təmin etsinlər?! Halbuki bu, çox vacib nüansdır, sonrakı mərhələlərdə diş problemlərinin yaşanmaması üçün…

TurpKimi.com gündəlik qidalanmaya daxil edərək dişləri qoruyan 10 faydalı qidanı təqdim edir:

1 – SÜD

Sümüklərlə yanaşı dişlər üçün də kalsium qaynağıdır. Diş əti xəstəliklərinə qarşı qoruyur, çənə sümüyünün gücləndirilməsinə kömək edir.

2 – SOMON BALIĞI

Diş və diş ətini qoruyan, kalsiumla zəngin olan somon və skumbriya balığı uşaqlarda dişlərin inkişafına xüsusi qatqı verir. Ağzın sağlamlığı üçün çox əhəmiyyətli olan D vitamini somon balığında var.

3 – KİŞMİŞ və ya quru üzüm

Şirin qidalar diş minasının yiyilməsinə və yavaş-yavaş dişlərin çürüməsinə yol açır. Lakin quru üzüm (kişmiş) şirin və yapışqan olmasına baxmayaraq, digər şirin məhsullardan fərqli ağızdakı bakteriyaların inkişafına mane olur.

4 – PENDİR

İlk olaraq ağızdakı PH –ın səviyyəsini tarazlayır, dişlərdə oyuqların yaranmasını əngəlləyir. Tərkibində olan kalsium, fosfor və protein kimi maddələr dişlərdə ərpin yaranmasının qarşısını alır. Çürümədən və yeni çürüklərin yaranmasından qoruyur. Şirin bir şey yedikdən sonra ağıza atılacaq böyük bir dilim pendir şirninin dişlərinizə verəcəyi neqativ təsiri yox edir. Pendir diş minası üçün faydalıdır.

5 – PORTAĞAL

Toxumaları gücləndirərək diş ətlərinin sağlam qalmasına kömək olur, diş əti iltihabının qarşısını alır. Eyni zamanda tərkibində olan flor sayəsində dişin sərt təbəqəsinin quruluşunu genişləndirərək dişləri ağızı içində olan asitlərə qarşı qoruyur.

6 – ÇİYƏLƏK

C vitamin ilə zəngin olan çiyələk diş ətlərini və damağı qoruyur. Mövsümündə böyük bir çiyələyi əzərək dişləri fırçalasanız onların ağardığını görəcəksiniz.

7 – SU

Dişlərin çürüməsinə mane olan tüpürcəyi artırır. Qida qalıqlarının təmizlənməsinə kömək edir. Eyni zamanda diş minasının zədələnməsinə və diş çürüklərinə mane olur.

8 – QATIQ

Kalsiumla zəngin olan qatığın dişlərə olan faydası saymaqla bitməz. Çünki kalsium iltihabın azalmasına və dişlərin düşməsinə mane olur.

9 – YAŞIL ÇAY

Yaşıl çayda olan katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına, eyni zamanda xərçəngə qarşı quruyur. Katesin maddəsi pis ağız qoxusuna səbəb olan bakteriyaları da ağızdan təmizləyir.

10 – ÇƏFƏRİ

Ağız qoxusuna səbəb olan qidaları yedikdən sonra bir az çəfəri çeynəyin. Bu zaman pis ağız qoxusu cəfərinin sayəsində xoş qoxuyla əvəz olunur.

Firuzə Alimova / TurpKimi.com