"Təhsil Nazirliyinin bundan xəbəri var..."
“Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə, cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”.
TurpKimi.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bəzi problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür: “Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant tədrisin problemləri özünü daha ciddi şəkildə büruzə verir. Ona görə də teledərslərdən istifadə olunur. Ailələrin rolu hazırda əvvəlkindən daha çoxdur. Əvvəlki dövrlə müqayisədə hazırda həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləməsi, həm də öyrətməsi baxımından valideynlərin rolu daha önəmlidir. Emosioları düzgün idarə etmək lazımdır”.
Report.az / TurpKimi.com