Diyetdə olanlara şəkərsiz və unsuz keks resepti


Şəkər, un və yağ olmayan ləziz keks reseptini siz təqdim edirik:

diyetde-olanlara-sekersiz-ve-unsuz-keks-resepti
24.03.2024 02:33 1 dəq oxuma

Şəkər, un və yağdan uzaq olanlar üçün maffin  dadında  ləzzətli atışdırmalıq hazırlamağa nə deyirsiz?

Ərzaqlar:

2 ədəd böyük ölçüdə yumurta

1,5 su stəkanı badam

1 su stəkanı fındıq içi

1 çay stəkanı süd

10 ədəd ərik qurusu

10 ədəd əncir qurusu

1 paket qabartma tozu

1 ədəd orta ölçülü limonun rəndələnmiş qabığı

1 çay qaşığı darçın

1 yemək qaşığı kakao

Əncir və ərik qurusunu şişib yumşalmağı üçün ilıq suda gözlədirik. 

Badam və fındıq ləpəsini mətbəx robotunda toz halına gətiririk. 

Yumurtanın üzərinə süd və rəndələnilmiş limon qabığı əlavə edib ağaranadək çalırıq. 

Əncir və ərik qurusunu sudan çıxardıb qurulayırıq. Kub şəklində doğrayırıq.Ərzaqların hamısını bir-birinə qatışdırırıq. 

Maffin kağızlarını göz-göz boşluqları olan teflon qəlibə yerləşdirin. Hazırladığınız keks xəmirini bərabər olaraq paylaşdırın.

Əvvəldən isidilmiş 180 dərəcə sobada 20-25 dəqiqə bişirdiyiniz unsuz və şəkərsiz keksləri kağızlarından çıxardıb ilıq şəkildə servis edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com