Diyetoloq iki zərərsiz dadlandırıcını açıqlayıb


Tamamilə təhlükəsiz də deyillər...

diyetoloq-iki-zerersiz-dadlandiricini-aciqlayib
20.07.2025 20:35 1 dəq oxuma

Fruktoza və steviya kifayət qədər zərərsiz dadlandırıcılar hesab olunur.

TurpKimi.com xəbər verir ki, bunu diyetoloq Anna Belousova “360.ru”ya bildirib. Eyni zamanda, o qeyd edib ki, onlardan sui-istifadə edilməməlidir.

“Hər hansı bir dadlandırıcının sadəcə şəkər əvəzedicisi olduğunu düşünərək nəzarətsiz istifadə edilməməlidir. Əsasən, onlar diabetik endokrinologiyadan bizə gəliblər və tamamilə təhlükəsiz deyillər”, - Belousova xəbərdarlıq edib.

O, qeyd edib ki, fruktoza şəkərdən daha aşağı glisemik indeksə malikdir və insulinin daha az şəkildə buraxılmasına səbəb olur. Stevia da ciddi yan təsirlərə malik deyil, lakin zərərli əlavələrin tərkibini diqqətlə yoxlamaq vacibdir.

Həkim bir neçə tatlandırıcıya qarşı xəbərdarlıq da edib: bunlar sorbitol, ksilitol və aspartamdır.

Firuzə Alimova / TURPKİMİ.COM