Bu ədviyyatı xüsusi sevənlər var...
“Qurudulmuş qırmızı istiot gəncliyi uzadır”.
TurpKimi.com xəbər verir ki, bunu diyetoloq Ancelina Dyubina “Kuban News”a açıqlayıb.
Onun sözlərinə görə bu ədviyyatın tərkibində çoxlu vitaminlər, xüsusən də gənclik vitamini E və antioksidantlar var.
Qidalanma mütəxəssisi vurğulayıb ki, istilik müdaxiləsi zamanı paprika faydalı maddələrinin təxminən 75% -ni itirir. Ona görə də istiot artıq bişib hazır olmuş yeməklərə axırda əlavə edilməlidir.
Həkim bildirib ki, bu ədviyyatın tərkibindəki maddələr maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq traktını stimullaşdırır və piylərin yandırılmasını aktivləşdirir.
Firuzə Alimova / TurpKimi.com