Son zamanlar sosial mediada südün zərərli olması barədə paylaşımlar edilir...
Diyetoloq Oksana Mixaleva süd və süd məhsullarının sağlamlığa zərərli olması barədə mifi təkzib edib.
TurpKimi.com xəbər verir ki, həkim bu barədə “Gazeta.Ru"ya müsahibəsində danışıb.
O vurğulayıb ki, bu cür iddiaların heç bir elmi əsası yoxdur və orqanizmdə mühüm elementlərin, xüsusən də kalsiumun çatışmazlığına səbəb ola bilər.
“Süd insan pəhrizində kalsiumun əsas mənbələrindən biridir, ona görə də ondan imtina etmək bu mineralın çatışmazlığına səbəb ola bilər”, - deyə diyetoloq izah edib.
Mixaleva qeyd edib ki, süd xüsusilə uşaqlar, yeniyetmələr, hamilə qadınlar və qocalara böyümə və inkişaf üçün vacib olan asanlıqla həzm olunan zülalın əla mənbəyidir. Diyetoloq gündəlik kalsium ehtiyacını ödəmək üçün gündə iki-üç porsiya süd məhsulları istehlak etməyi tövsiyə edib. Həkim süddən imtinanın sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə də xəbərdarlıq edib.
Firuzə Alimova / TURPKİMİ.COM