Diz ağrılarını kəsən QUYRUQ YAĞI


Bilməyənlər olmaz, sınıqçılar da bu vasitədən istifadə edir...

diz-agrilarini-kesen-quyruq-yagi
02.03.2024 19:10 2 dəq oxuma

Diz ağrıları, mayenin azalması, qığırdaq əriməsi kimi sağlamlıq şikayətləri olanların bir nömrəli dərmanı quyruq yağındadır. Düzdü, qoxusundan dolayı üstünlük verilməsə də, ağrılara olan təsiri möcüzəvidir.

TurpKimi.com bildirir ki, gənclik illərində kifayət qədər quyruq yağı yeyən insanlar yaşlandıqda sümük ağrılarından əziyyət çəkməzlər. Gündəlik həyatda diz ağrılarımız olsa da, növbəti illərdə, xüsusilə də yaşlandıqca dizlərimizin həddindən artıq yüklənməsi və bəzi hərəkətlər dizlərdəki ağrıları şiddətləndirə bilər. 

Belə ki, diz ağrılarından qurtulmaq üçün İbni-Sinanın reseptləri arasında quyruq yağını heç eşitmisiniz? Quyruq yağında olan D vitamini sümüklərin quruluşunu gücləndirir. Faydalı olmasına baxmayaraq qoxusundan və dadından dolayı çox insan quyruq yağından istifadə etmir. Lakin mütəxəssislər istehlak edərkən miqdarına diqqət etməyi tövsiyyə edir.

QUYRUQ YAĞINDAN NECƏ İSTİFADƏ EDİLİR?

Xalq arasında piy yağı kimi tanınan quyruq yağı heyvanların quyruq hissəsindən və ya ətlərin arasından torplanaraq əldə edilir. Qida sənayesində istehlak edilən quyruq yağından yüz illərdir istifadə edilir.

Quyruq yağından mətbəxdə 2 cür istifadə olunur. Bunlardan biri kabab kimi quyruq yağını ətlə birlikdə qarışdırmaq, digəri isə yemək bişirməzdən əvvəl tavaya duru yağ əvəzinə quyruq yağı qoyub bişirməkdir.

Quyruq yağı inkişaf mərhələsində olan uşaqların sağlam əzələ və sümüklərə sahib olmasını təmin edir.

Qan təzyiqinin tarazlanmasına kömək olur. Təzyiqi normada saxlayır.

Damar tıxanmalarına qarşı qoruyur, ürək və damar xəstəlikləri riskini aşağı salır.

Sinir sistemi üzərində müsbət və yumşaldıcı təsirə malikdir. Revmatizma və iflic riskini minimuma endirir.

İmmun sisteminin virus, infeksiya və sərbəst radikallara qarşı hər zaman dayanıqlı olmasını təmin edir.

Quyruq yağı dəri hüceyrələrini yeniləyir və bərpa edir.

QUYRUQ YAĞI KREMİ

Piylər xırda-xırda kəsilir və tavaya qoyulub onunla eyni səviyyəyə qədər üzərinə su əlavə edilir. Su qaynayıb yağı əritməyə başladıqca, əriyib suyun üzərinə çıxan yağlar bir-bir qaşıqla toplanır. Qaba toplanan yağlar donacaq və krem halında olacaq. Həmin quyruq kremini 1 sm qalınlığında ağrayan bölgəyə sürtün. Daha sonra həmin hissəni qoyun yunu ilə sarıyın. Sarğını axşam bağlayıb səhər açmaq və 3 gün dalbadal etmək lazımdır.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 25-01-2022