Dodaq boyaları sizinlə bağlı çox şey deyir


Üzünüzə çəkdiyiniz makiyaj sizi ifadə edir.

dodaq-boyalari-sizinle-bagli-cox-sey-deyir
02.12.2021 13:32 2 dəq oxuma

Bu sizə qəribə gələ bilər, amma istifadə etdiyiniz makiyaj məhsullarının rəngləri kim olduğunuz barədə çox şey deyir.

TurpKimi.com bildirir ki, müxtəlif bölgələrin və rəng tonlarının fərqli mənaları var.

Narıncı

Əyləncəli şəxsiyyətə malik sosial insanlardır. Boş vaxtlarını dostları ilə keçirirlər. Yeni insanlarla tanışlığı sevər və pozitivlikləri ilə diqqəti üzərlərinə çəkərlər.

Qırmızı

Cəsur və qüsursuzluğu təmsil edir. Həmin insanlar üçün ən vacib şeylərdən biri xəyallarının arxasınca qaçmaq və hədəflərinə nail olmaq üçün çox çalışmaqdır.

Çəhrayı

Çox sevimli, simpatik və duyğusal insanları təmsil edirlər. Hər hansı problemin öhdəsindən rahat və anlayışla gəlir, anlayışlı olduqları üçün insanlar minnət duyar.

Açıq rənglər

Həyatda kiçik şeylərdən xoşbəxt ola bilən, azla qane olub daha çoxunu etməyə çalışan insanların rəngidir. Ən çox üstünlük verdikləri şey dürüstlükdür. Bir az soyuqqanlı olurlar və daxili səslərinin düz dediyinə inanırlar.

Qəhvə rəngi

Hər zaman ailənin öndə gəldiyini düşünən və onlarla nə qədər vaxt keçirərsə o qədər xoşbəxt olan insanlardır. Geriyə baxdıqları zaman gözəl xatirələr buraxacaq şəkildə yaşayarlar. Nostalgiya aşiqi olan insanlardır və köhnə film, müsiqi və dəblərin heyranıdırlar.

Bənövşəyi

Bir şeyi həqiqətən istədiyi zaman o şeyi əldə edənə qədər çalışar və heç kim onun qarşısını ala bilməz. İnadcıl və qərarlı insanlardır. Güclü iradəyə sahib və anadangəlmə liderlik ruhu var. Rəqabət aparmaqdan xoşları gələn və hər zaman qazanmağı bacaran insanlardır.

Qara

İnsanların nə dediyini veclərinə almayan şəxslərdir. Özləri üçün yaşayar və mümkün olduqca bir çox şeydən asılı olmadan yaşamaya çalışarlar. Sərhəd və qaydalardan kənara çıxmağı sevərlər.

Rəngli

Qeyri-adi və güləyən olduğundan insanlar bəzən sizi anlamaqda çətinlik çəkə bilər. Böyük, dəlisov xəyallar qursalar da idealist insanlardır.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 16-07-2019