Hələ beləsini eşitməmisiz: kişi ovladığı sincabın beynini yeyəndən sonra...
ABŞ-da Xəstəliyə Nəzarət və Qorunma Mərkəzlərinin verdiyi məlumata görə, hər il Amerikada 700-1200 nəfərə ət yeyən bakteriya diaqnozu qoyulur. Bu xəstələrin 25-30 faizi dünyasını dəyişir. Hətta hər ötən gün ət yeyən bakteriya növlərinə daha yenisi əlavə olunur. Bu bakteriyalara kimisi itin tüpürcəyindən, kimisi sudan, kimisi də səbəbi müəyyən olunmayan yollardan yoluxur.
TurpKimi.com çox ağır və qorxunc kabus olaraq adlandırılan, bu xəstəlikdən əziyyət çəkən insanların həyat hekayəsini təqdim edir:
1 – Kanadada yaşayan 35 yaşlı Lindsey Hubley 2017-ci ilin mart ayında bir oğlan uşağı dünyaya gətirir. Doğuşdan 4 gün sonra o özünü halsız hiss etməyə başlayır. Yorğun olduğunu düşünən ananın bədəni bir müddətdən sonra titrəyir və qarnında şiddətli ağrılar baş qaldırır. Lindsey həkimə müraciət edir və ona necrotizing fasciitis adı verilən, dərinin altındakı ət təbəqəsini dağıdan ət yeyən bakteriya infeksiyasının diaqnozu qoyulur. Qadının doğuş zamanı infeksiyaya yaxalandığı üzə çıxıb. Doğum zamanı təsadüfən Lindseyin plasentasının bir hissəsi daxildə qalır və genital yırtıq tikilir. Qadın bu əsnada infeksiyaya yaxalanır. Bir müddətdən sonra qadının bədənində deformasiyalar meydana gəlir, ayaq və qolları kəsilir. 420 gün xəstəxanada qalan Lindsey yeni doğulan körpəsinə qarşı analıq da edə bilmir. Müalicəsi zaman qadının ən böyük dayağı ailəsi olub. Bu müddət ərzində 17 müxtəlif dərmanla müalicə olunub, 32 dəfə bıçaq altına yatıb. İndiyə qədər müalicəsi davam edən qadın ömrünün sonuna qədər bəzi dərmanları qəbul etmək məcburiyyətindədir.
Qeyd edək ki, infeksiyaya yaxalanan insanların bakteriyanın yayıldığı ilk yerlərdə qızarma və ağrı olur. İkinci mərhələdə baş gicəllənməsi, qusma, qabartı və dərinin rəngində dəyişiklik müşahidə edilir.
2 – Andrev Şillideyin əl və ayaq barmaqları qaralmağa başlayır. Onu ölümə aparacaq xəstəliyin qanqrena olduğunu öyrəndikdən sonra əl-ayaq barmaqları kəsilir. Şillidey həyatını alt-üst edən bu xəstəliyə görə 8 ay xəstəxanada yatıb.
3 – ABŞ-ın Texas bölgəsində yaşayan Jeannette LeBlanc adlı qadın bazardan aldığı çiy malyuskaları (midye) yedikdən sonra hər şey darmadağın olub. 48 saatdan sonra qadının halı pisləşib bə ayaqlarında yaralar əmələ gəlib. Yediyi 24 ədəd çiy malyuskalardan sonra qadına vibriyoz diaqnozu qoyulub. Qadın 21 gün xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib.
Mütəxəssislər çiy və ya az bişmiş dəniz məhsullarının ət yeyən bakteriyaların daşıyıcısı olduğunu bildirirlər.
4 – ABŞ-da yaşayan 33 yaşlı Raçel Star Vitersin döş hissəsində qızartılar yaranmağa başlayır. 2018-ci ildə 8 gün həkim nəzarəti altında olan qadının Asyaya səyahəti zamanı Klebsiella Oxytoca bakteriyasına yoluxduğu aşkar edilir. Davamlı müalicə tələb edən bu bakteriyaların dərmanlara qarşı çox güclü olduğu məlumdur. Daha sonra qızartılar qadının üzünə yayılmağa və yanaqları çökməyə başlayır. Uzun müddət səhv müalicə alan Raçelin bədənindəki qızartdılar qanayır və üzündə ciddi deformasiyalar meydana gəlir.
Qeyd edək ki, insan və heyvanın bağırsaqlarında təbii şəkildə olan Klebsiella Oxytoca bakteriyası get-gedə qadının üzünü yeməyə başlayıb. Həkimlərin müdaxiləsindən sonra Raçelin üzündə çürüyən yerləri sağaltmaq mümkün olub, amma müalicəsi hələ də davam etməkdədir.
5 – ABŞ-ın Nyu York şəhərində yaşayan 61 yaşlı ovçu ovladığı sincabın beynini yedikdən sonra “dəli dana” xəstəliyinə yaxalanaraq, dünyasını dəyişib. Dünyasını dəyişməzdən əvvəl kişinin əqlində geriləmə və gəzə bilməmək kimi şikayətlər olub. Həkimə gedən kişiyə həkimlər “dəli dana” xəstəliyinin diaqnozunu qoyublar. Daha sonra həkimlər yoluxucu ətin kişinin ölümünə səbəb olduğunu aşkarlayıblar. Ailəsi ovçuluq etməyi sevən kişinin son zamanlar sincab beyni yediyini söyləyib. Lakin xəstəliyin sincabın ətindən, yoxsa beynindən qaynaqlandığı hələ də məlum deyil.
6 - 47 yaşında və 4 uşaq anası olan Donna Cordenin həyatı ət yeyən bakteriyadan kabusa çevrilir. Mətbəxdə işləyərkən yerə yıxılan qadının alın sümüyü qırılır və o bunu ciddiyə almır. Daha sonra Donnanın bədəni göyərməyə və böyrəkləri işləməməyə başlayır. Həkimlər qadının çox nadir rast gəlinən və son dərəcə aqressiv olan bakteriya növünə yaxalandığını deyir. Beləliklə, bakteriya qadının üzünü yeməyə başlayır. Üzü günü-gündən yox olmağa başlayan qadın əməliyyat olunur. 11 saatlıq əməliyyatdan sonra 4 gün komada qalır. Bakteriyanın mənfi təsirindən qurtulduqdan sonra qadın üzünü dəyişdirmə əməliyyatı keçirərək yeni üzünə qovuşur. Həkimlər qadının yaşamasını möcüzə sayır.
7 – Aleks Levis bədən üzvlərini və dodaqlarını ölümcül infeksiyadan itirib. 2013-cü ildə ət yeyən bakteriyadan qollarını, ayaqlarını və dodaqlarını itirən 38 yaşlı Levisin həyatı birdən-birə kabusa çevrilib. Evli və bir oğul atası olan Levis həyata bağlanmaq üçün hər şey edir. Həyat yoldaşı Lucy Tovnsend həyatının ən çətin anlarında onu heç vaxt tək qoymayıb. Bədən üzvlərini və dodaqlarını itirdikdən sonra Levis çox çətin günlər yaşayıb. Kəsilmiş dodaqlarının normal görünməsi üçün plastik ağızlıqdan istifadə edib. Lakin oğlu ilə münasibətlərinə xələl gəlməsin və təbii görünsün deyə Levisin dodaqlarına qalıcı döymə makiyaj edilib. Bu dəyişiklikdən sonra o həyatının dəyişdiyini bildirib.
Firuzə Alimova / TurpKimi.com