Kimlər şəhid sayılır?
Allah qatında qadının dəyəri, hamiləlik zamanı qadına bəxş edilən savablar və doğuşdan sonra günahların silinib-silinməməsiylə bağlı olan məlumatlar hər zaman maraq mərkəzindədir.
TurpKimi.com bildirir ki, 9 ay davam edən hamiləlik müddəti qadının bədənində bəzi dəyişikliklərə yol açır. Bu bioloji dəyişikliklər hər qadında müxtəlif yaşanır. Çünki hər ana həm fiziki, həm də mənəvi çətinliklərlə üzləşir. Bu dünyada ayağımıza bir tikan batsa belə günahlarımızın kəffarəsi kimi qəbul edilir. Hamiləlikdə yaşanan çətinliklərin müjdəsini isə Allah (c.c) bizə bildirmişdir: “Qadın hamilə olanda gündüz saim (oruclu), gecə kaim (namaz qılıb, Quran oxuyan) və Allah qorxusu olan bir mücahid savabına layiqdir. Körpə hər dəfə əməndə və soranda ana bir can verirmiş kimi savab qazanır. Və süddən kəsəndə isə bir mələk kürəyini sığallayar və “Ha bir daha” deyər (Ramuz el e-hədis).
Doğulmayan körpənin bizə vəsilə olan gözəllikləri, əlbəttə ki, doğularkən qat-qat daha çox olacaqdır. Hamiləlik müddətində açılan savab qapılarına bir də doğum çətinlikləri gələndə rəhmət qapıları açılır. Hər qadının doğuş müddəti fərqli olsa da, bütün qadınların özlərinə görə ağrısı olur.
Allah (c.c) bu müddəti qadınlar üçün əfvə - rəhmətə çevirir. Əgər bir ana hamiləykən, doğuş edərkən və ya əmizdirərkən vəfat edərsə, şəhid olduğu yazılır. Qadın hamiləliyində, doğuş edərkən və körpəsini əmməkdən kəsilən günə qədər Allah yolunda növbə gözləyən mücahid kimidir. Bu zaman dünyasını dəyişərsə, şəhid olur (Taberani).
ŞƏHİD KİMDİR?
Şəhid Allah (c.c) yolunda savaşan və buna görə canını qurban verən şəxsdir. Bu mərtəbə o qədər yüksəkdir ki, şəhid olaraq can verən kimsənin qul haqları və fərz borcları xaric, bütün günahları əfv olunur.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 30-04-2021