Dondurmanı sağlamlığa zərər vermədən necə yemək olar?


Və dondurmanı hansı vaxtda yemək daha yaxşı olar?

dondurmani-saglamliga-zerer-vermeden-nece-yemek-olar
15.06.2025 22:14 1 dəq oxuma

"Həftədə bir və ya iki dəfə dondurma yemək ən yaxşı seçimdir”.

TurpKimi.com xəbər verir ki, bunu diyetoloq Anjelika Dyuval “Radio 1”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, dondurmanı yemək üçün ən yaxşı vaxt kalorilərin orqanizm tərəfindən daha sürətlə emal olunduğu günün birinci yarısıdır.

“Sizi bir şey barədə xəbərdar etmək istərdim: dondurmanın tərkibinə mütləq nəzər salın və eləsini seçin ki, içində təbii elementlər çox olsun, kimyəvi maddələr olmasın, boyalardan, dadlandırıcılardan qaçın”, - Dyuval məsləhət görüb.

Həftədə iki dəfədən çox dondurma yemək ürək-damar sistemini həddindən artıq yükləyə bilər. Bu risk, dondurmanın yüksək yağ tərkibinə malik olması ilə əlaqələndirilir. Üstəlik, açıq havada dondurma yemək tövsiyə edilmir. Bu halda kənardan məhsula düşə biləcək infeksiyaya yoluxma riski var.

Firuzə Alimova / TURPKİMİ.COM