Dondurmanın böyüklər və uşaqlar üçün təhlükəsi açıqlanıb


Səthi yanaşmaq olmaz...

dondurmanin-boyukler-ve-usaqlar-ucun-tehlukesi-aciqlanib
03.08.2025 14:06 1 dəq oxuma

Endokrinoloq Nataliya Lazurenko bildirib ki, dondurma yemək qanda qlükozanın səviyyəsini artırır.

TurpKimi.com bildirir ki, bu barədə o, “Radio 1”ə müsahibəsində danışıb.

Həkim xatırladıb ki, dondurmanın tərkibində təkcə sürətli karbohidratlar deyil, həm də şəkər var.

“Səthi yanaşmaq olmaz, çünki qlükozanın səviyyəsi çox tez yüksəlir. Və qlükozanın yüksək sıçrayışı nəticəsində mədəaltı vəz insulini kəskin şəkildə sərbəst buraxır, hansı ki sonra da kəskin şəkildə düşür. Bunlar aqressiv proseslərdir", - Lazurenko qeyd edib.

Ekspert dondurmanı ucuz enerji variantı adlandırıb. Həkim vurğulayıb ki, bu ləzzətdə sürətli karbohidratlarla yanaşı, qaymaq mənşəli yağlar da var. Onun sözlərinə görə, belə bir desert əlavə kalorilərlə zəngindir.

Firuzə Alimova / TURPKİMİ.COM