Donuz ürəyi köçürülmüş insanın əsl ölüm səbəbi bilindi


Həkimlər ilk dəfə donuz ürəyinin köçürülməsindən sonra ölən kişinin tibbi qeydlərini təhlil ediblər.

donuz-ureyi-kocurulmus-insanin-esl-olum-sebebi-bilindi
28.06.2022 22:46 1 dəq oxuma

Merilend Universiteti bildirib ki, ölümün əsl səbəbi orqan rəddi deyil, viral infeksiyadır.

Yanvar ayında 57 yaşlı Devid Bennet donuz ürəyinin transplantasiyası əməliyyatı keçirib. Bir neçə aydan sonra kişi ölüb. Yarılma nəticəsində müəyyən etmək mümkün olub ki, onun ölümünə ürək əzələsinin qalınlaşması səbəb olub, nəticədə normal fəaliyyət göstərə bilməyib. Bundan əlavə, transplantasiya edilmiş orqanda donuz sitomeqalovirusu aşkar edilib. Mütəxəssislər qarşıdakı əməliyyatlarda heyvanların yetişdirilməsi və cərrahi müdaxilələr zamanı donor orqanlarda infeksiyalara nəzarəti gücləndirməyi planlaşdırırlar. /milli.az