"Valideynlər uşaqlarını göndərdikləri təhsil müəssisələrinin texniki, sanitar-gigiyenik vəziyyəti ilə maraqlanmaldırlar”.
Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.
O bildirib ki, bu, valideynlərin hüququdur və onları bundan heç kim məhrum edə bilməz.
Agentlik nümayəndəsi söyləyib ki, cipsilərin, saqqızların məktəblərdə və bağçalarda satılması və istifadə olunması qəti qadağandır: "Həmçinin kremli məmulatlar, xüsusi qızardılmış məhsulların istifadəsi qadağandır".