Ancaq burada vacib şərt var...
“Döymə etdirən şəxslər qan donoru ola bilərlər”.
TurpKimi.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımın qonağı olan qurumun mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, pirsinq və döymə etdirən şəxslər də qan donoru ola bilərlər, ancaq burada vacib şərt var:
“Pirsinq və ya döymə etdirən şəxslərin prosedurdan altı ay sonra müayinə olunaraq, infeksion xəstəliyə yoluxub-yoluxmadıqları aşkarlanmalıdır. Bu, çox önəmli məqamdır. Çünki elə xəstəliklər var ki, özünü dərhal büruzə vermir. Bu kimi prosedura müraciət edənlər diqqətli olmalıdırlar”.
Oxu.az / TurpKimi.com