Döymə insan sağlamlığına ziyandır? - VİDEO


Artıq ölkəmizdə döymələrə aksesuar kimi yanaşılır...

doyme-insan-saglamligina-ziyandir
02.05.2023 09:42 1 dəq oxuma

Tatular - bədənin müxtəlif nahiyələrində yer alan şəkillərdir. 

Xüsusilə daha çox gənclərin üstünlük verdiyi özünüifadə üsulu...

Son dövrlərdə müxtəlif növ tatulu insanlara tez-tez rast gəlsək də, bəzilərinin düşüncəsinə görə, bu yaxşı hal deyil. Tatu kimisi üçün müasir dövrün tələbidir, başqa biri üçün isə əksinə, milli dəyərlərimizə ziddir, özünə zərər vermək kimi anlaşıldığından islamda haram kimi qəbul edilir. 

Azərbaycanda tatunu incəsənət növü kimi qiymətləndirənlər də az deyil. Bu sahənin ustası Ülvi Əbilovun sözlərinə görə, artıq döymələrə aksesuar kimi yanaşılır. 

Usta deyir ki, müştərilər müraciət etdiyi zaman istədiyi tatu həmin dəqiqə bədəninə vurulmur. Tələsik qərar verərək sonradan peşman olmasınlar deyə onlara yenidən düşünmək üçün vaxt verilir. 

Maraqlısı odur ki, rəsm əsərləri ilə yanaşı, sevdiyi şəxsin adını bədəninə yazdırıb sildirənlərin də sayı az deyil. 

Bədəninin bütün nahiyələrində tatu olduğunu bildirən Ü.Əbilov bununla bağlı heç bir problem yaşamadığını deyir. Hətta göz bəbəklərinə də döymə vurdurmağı düşünür. 

Bəs döymə insan sağlamlığı üçün hansı təhlükələri yarada bilər?

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

TurpKimi.com