"Dubay şokoladı"nda təhlükləli qatqılar aşkarlanıb


Son zamanların məşhur deserti...

dubay-sokoladi-nda-tehlukleli-qatqilar-askarlanib
22.04.2025 00:55 1 dəq oxuma

"Dubay şokoladı"nın populyarlığına görə saxta məhsullar getdikcə bazarda daha çox peyda olub ki, bu da sağlamlıq üçün təhlükəlidir.

TurpKimi.com xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Ştutqart Dövlət Kimya və Baytarlıq İdarəsinin mütəxəssisləri BƏƏ və Türkiyədən gətirilən “Dubay şokoladı”nın səkkiz nümunəsini sınaqdan keçiriblər. Onlardan altısında palma yağının emalı zamanı əmələ gələn və potensial kanserogen olan 3-MCPD-nin təhlükəli səviyyələrini aşkar ediblər. Bundan əlavə, bəzi şokolad çubuqlarında aflatoksinlər və daha bir potensial kanserogen olan qlisidol zəhərinin olduğu aşkar edilib.

Qeyd edək ki, “Dubay şokoladı” əl istehsalı olan desertdir. Onu dadlı edən isə içinə qatılan məhsullardır.

Firuzə Alimova / TURPKİMİ.COM