Dünya Azərbaycanlıların Həmrəylik Günü hava necə olacaq?


Azərbaycan ərazisində dekabrın 31-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

dunya-azerbaycanlilarin-hemreylik-gunu-hava-nece-olacaq
30.12.2024 21:27 1 dəq oxuma

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.

Azərbaycanın rayonlarında ayrı- ayrı yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

TurpKimi.com