Dünyada allergiya xəstələrinin sayı sürətlə artır - Səbəb nədir?


Bu, ciddi problemdir...

dunyada-allergiya-xestelerinin-sayi-suretle-artir
21.09.2025 23:48 1 dəq oxuma

Havanın çirklənməsi və müasir həyat tərzi allergiya və otoimmün xəstəliklərdən əziyyət çəkən insanların sayının artmasına səbəb olur.

TurpKimi.com bildirir ki, bunu immunoloq Vladimir Bolibok “LIFE.ru” saytına bildirib. O qeyd edib ki, mənfi amillər arasında xroniki stress, D vitamini çatışmazlığı, genetik meyl də var.

“Kimyəvi maddələr və qida əlavələri immun sistemini pozur. İşlənmiş qidalar və şəkərlə zəngin olan qidalanma bağırsaq mikrobiomuna zərər verir. Məşhur "gigiyena fərziyyəsinə" görə, uşaqlıqda həddindən artıq təmiz gigiyena immun sisteminə dostu düşməndən ayırmasına mane olur”, - Bolibok izah edib.

Həkim əlavə edib ki, təkmilləşdirilmiş diaqnostik üsullara baxmayaraq, allergiyası olan xəstələrin sayının artması səhiyyə üçün ciddi problemdir.

Firuzə Alimova / TURPKİMİ.COM