Dünyada ən çox istifadə olunan emoji açıqlanıb - FOTO


75 ölkədə istifadə olunur...

dunyada-en-cox-istifade-olunan-emoji-aciqlanib
18.07.2023 00:00 1 dəq oxuma

2014-cü ildən 17 iyul "Ümumdünya Emoji Günü" kimi qeyd olunur. Rəqəmsal dünya dilinin bir parçası olan, müxtəlif vəziyyətlər üçün simvollar ehtiva edən emojilər virtual platformalarda, xüsusilə sosial media platformaları və ani mesajlaşma proqramlarında geniş şəkildə istifadə edilir.

TurpKimi.com AA-ya istinadla xəbər verir ki, “Crossword-Solver” saytının emojilərlə bağlı araşdırmasına görə, dünyada 3000-dən çox emoji mövcuddur. Minlərlə emoji olsa da, onlardan bəziləri istifadəçilər tərəfindən daha çox istifadə edilir.

Lakin dünyada ən çox istifadə edilən emojilər siyahısında ilk iki sıradasevinc göz yaşları ilə gülən üçün və ürək emojiləridir. Sevinc göz yaşları ilə gülən üz emojisi 75 ölkədə ən çox istifadə edilən emoji kimi önə çıxıb.

Firuzə Alimova / TurpKimi.com