Dünyada havası ən çox çirkli olan - 10 ŞƏHƏR


Havası çirkli olanların siyahısında birinci yerdə hansı şəhər durur?

dunyada-havasi-en-cox-cirkli-olan-10-seher
29.11.2018 20:45 1 dəq oxuma

Çikaqo Universitetinin Hava Keyfiyyəti Həyat İndeksi (AQLI) dünyanın ən çox hava çirklənməsinə sahib olan 10 şəhərini açıqlayıb.

Hesabatda yer alan xəbərə görə, dünya üzrə ən çirkli havaya sahib Hindistanın Dehli şəhəridir. Siyahının ikinci yerində Çinin Pekin, üçüncü yerdə isə yenə Hindistanın Kəlkütə şəhəridir.

Sıralamada Makedoniyanın Üsküp, ABŞ-ın San-Fransisko, Polşanın Krakov, Kosovanın Priştina, Monqolustanın Ulanbator, Pakistanın Lahor və Çinin Çhenqdu şəhəri yer alıb.

Hesabatda Hindistan və Çinin iki şəhərinin yer alması isə diqqət çəkib.

Bundan başqa aparılan araşdırmanın nəticəsinə görə, havadakı çirklənmənin insan ömrünü təqribən 2 il azaltdığı qeyd edilib.

Hava çirklənməsinin qarşısı alınmadığı halda bunun daha da təhlükəli hala çevriləcəyi haqda xəbərdarlıq da edilib.

Firuzə Alimova / TurpKimi.com