Dünyada insanların yaşadığı ən qəribə yerlər - İnsanın inanmağı gəlmir - FOTOLARLA


Bəzilərində insan dəfn edilmir, bəzilərində puldan istifaə edilmir,  hətta  tualet və mətbəxin bir yerdə olduğu 15 kvadrat metrlik evlərdə yaşayanlar var.  Dünyanın ən cənubundakı şəhər hansıdır?

dunyada-insanlarin-yasadigi-en-qeribe-yerler
19.04.2021 12:00 8 dəq oxuma

TurpKimi.com dünyanın insan yaşayan ən qəribə şəhərləri, yaşayış yerləri haqda maraqlı bilgini oxucuları ilə bölüşür. Dünyanın dörd bir tərəfində olan bir-birindən qəribə yerlər bunlardır:

Palma Adaları, Dubay, BƏƏ

Dünyanın səkkizinci möcüzəsi kimi tarixə düşən  Palma Adaları Dubayın Bəsrə Körfəzi sahillərində torpaq doldurularaq yaradılan süni adalar qrupudur.

Adanın inşa edilməsində  7 milyon ton qayadan istifadə edilib. 4 ilə tikilən ada   2016-cı ildə istifadəyə verilib.  Üstündə  4 000 villanın  tikildiyi Palma Adaları dünyanın elit  cəmiyyətinin göz bəbəyidir.  Dünyanın öndə gedən milyarderlərinin burada evi var.

Mirney Rusiya

Mirni, ya da digər adıyla Mirney Rusiyanın şimal-şərqində Yakutiya (Saxa) Respublikasında yerləşən  bir qəsəbədir.

Bu qəsəbəni xüsusi edən  nəhəng almaz mədənidir. Yüzlərlə metr dərinliyi olan mədən nəhəng bir çuxuru xatıradır. 38 min adamın yaşadığı qəsəbə 1959-cu ildə bölgədə açılan almaz mədənində işləyənlər üçün yaradılıb.

Burano, İtaliya

Venesiyanın yanında olan Burano turistlər tərəfindən Kiçik Venesiya kimi də  xatırlanmaqdadır.

Yaxın zamanlara qədər  əsas dolanışıq qaynağı əl işləri  və balıqçılıq olan Burano adası, xüsusilə də ictimai mediada məşhurdur. Eynilə Venesiya kimi  kanallarla dolu olan bu kiçik qəsəbənin ən əhəmiyyətli xüsusiyyəti rəngarəng evlərin tikilməsidir.

Aynoroz, Yunanıstan

Yunanıstanın Türkiyə sərhədinə yaxın Halkidiki yarımadasının şərqində olan Afon, digə adı ilə Aynoroz dünyanın ən maraqlı yerlərindən biridir.

Afon yarımadasının ərazisi dağlıqdır. Ən yüksək nöktəsi yarımadanın ən cənubundakı Afon dağıdır (2.033 m). Əhalinin əsasını Rahiblər təşkil edir. Burada 20 monastır vardır. Dövlətin idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Əhalinin əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub. Afona qadınların girişi qadağandır.

Honq-Konq

Siyahıda əhalinin ən sıx yaşadığı yer olan  Honq- Konqdur.

Bura Nyu- York və Londondan sonra dünyanın ən böyük üçüncü maliyyə mərkəzidir. Milyonlarla insanın yaşadığı və Çinə bağlı avtonom bir bölgə olan Honq- Konqda kvadrat metrə düşən insan sayı çox yüksəkdir. Buna görə də  hər kvadrat metrin də qiyməti çox bahadır. Şəhərdəki mənzillərin çoxu  15 kvadrat metrdir. Bəzilərində duş, tualet və yataq arasında hər hansı bir divar səddi yoxdur.

Kristiania, Danimarka

Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Kristiania rayonu dünyanın azadlıqlar qəsəbəsi kimi tanınır. Polisin girmədiyi bu ada qəsəbədə insanlar müəyyən asayiş qaydaları çərçivəsində öz qanunlarını tətbiq edərək yaşayır.

Sertar, Çin

Tibetdə olan Sertarın (Seda) əhalisinin az qala hamısı Buddist rahiblərindən təşkil edilib.

Çox  sərt qaydaların tətbiq olunduğu Sertarda televiziya kimi gündəlik həyatın ən əhəmiyyətli texnoloji məhsullarından istifadə qadağandır. Hətta Sertarda rahiblər müasir tualet imkanlarından belə istifadə etmir!

Sentinel, Hindistan

Hind Okeanında olan və Hindistan torpağı kimi qəbul edilən bu  yerə xaricilərin girişi qadağandır!

Bu qadağanı Hindistan rəhbərliyi deyil, adada yaşayanlar qoyub. Hələ də  daş dövründə yaşayan ada sakinləri  bura gəlməyə çalışan hər kəsi zəhərli oxlarla öldürür.

Sveti Stefan, Budva, Qaradağ

Adriatik Dənizi sahilində yerləşən  Qaradağ son illərdə turistlərin ən sevimli yerlərindən biridir.

Budvada olan Sveti Stefan adası isə ölkənin simvollarından birini daşıyır.  Orta əsrlər qəsəbəsi olan bu kiçik ada indiki vaxtda bir  otel tərəfindən idarə edilir.

Stromboli, İtaliya

Yalnız 300 adamın yaşadığı Stromboli adasında bir zamanlar çox insan yaşayardı. Siciliya ərazisində olan İtaliyaya aid bu ada Aralıq dənizinin ən fəal yanardağlarından birinə ev sahibliyi edir.  

Tez-tez lava püskürür. Yanardağın partladığı 1815-ci ildə adadakı insanların çoxu  başqa yerlərə köç  edib və dünyada "yaysız keçən il" kimi adlandırılan dövr yaşanıb.

Karakas, Venesuela

Venesuela dünyanın bilinən ən böyük neft ehtiyatına sahib ölkəsidir.

Latın Amerikasında olan  ölkənin paytaxtı Karakas isə gözlənilənin əksinə rifahın deyil, cinayətin meydan suladığı bir yerdir. Aparılan araşdırmalara görə Karakas dünyanın ən təhlükəli şəhəridir. Belə ki, Karakasda hər il onlarla insan cinayətin qurbanı olur,  minlərlə oğurluq hadisəsi baş verir.

Hobbit Kəndi, Yeni Zelandiya

Bütün dövrlərin ən çox izlənilən kinosu olan  "Üzüklərin Əfəndisi"nin bir çox səhnəsi Yeni Zelandiyada tikilən bu Hobbit kəndində çəkilmişdi. Tolkienin epik əsərinə əsasən çəkilən  filmdə romanda təsvir edilən kəndin oxşarı tikilmişdi.

Cəbəlütarix,  İngiltərə

Aralıq dənizi ilə Atlantik Okeanının birləşdiyi nöqtədə yerləşən Cəbəlütarix uzun müddətdir İngiltərə və İspaniya arasında mübahisə mövzusudur.

Bütün quru sərhədi İspaniya torpaqlarına çıxan Cəbəlütarixin  rəhbərliyi ingilislərə aiddir. Adını İslam ordularının komandiri və İspaniyanın fatehi Tarix Min Ziyaddan alan Cəbəlütarix  Breksitdən sonra statusuna görə yenidən gündəmdədir.

Tristan de Cunha

Atlantik Okeanında yerləşən  Tristan da Cunha dünyanın hər hansı bir yerinə ən uzaq olan yerdir.

Belə ki, bura ən yaxın məskunlaşma yeri iki min kilometr uzaqlıqdakı Namibiyadır. Burada yaşayan insanlar pul istifadə etmirlər.  İngilis torpağı sayılan bu adada insanlar ehtiyaclarını mübadilə üsuluyla qarşılayır.

Hallstatt, Avstriya

Ətrafı Alp Dağları ilə əhatələnən Hallstatt qəsəbəsi Avstriyanın ən məşhur tətil diyarlarından biridir. Qitədə insana dair izlərin rast gəlindiyi ən qədim yerlərdən biridir. Hallstatt o qədər məşhurdur ki, Çində  eynisi  tikilib.

Təməl Rəis Kəndi, Malta

Aralıq dənizinin ada ölkəsi Malta maraqlı bir qəsəbəyə ev sahibliyi edir. Məşhur cizgi film xarakteri olan Təməl Rəisin kinosu üçün  tikilən bu qəsəbə indiki vaxtda turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

Petroqlif Milli Parkı, ABŞ

Oxuculara əlavə olaraq bir məlumatı verək ki,  Petroqlif Yunanca Petra – qaya və glyphein – oymaq deməkdir. Qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənətinə Petroqraf deyilir. Petroqlif, piktoqrafiya ilə qarışdırılmamalıdır. Petroqlifikaya aid olan ən gözəl nümunələrdən biri də Qobustan dövlət tarixi-bədii qoruğunda olan qayaüstü rəsmləridir.

ABŞ-ın Nyu-Mexiko əyalətində olan Petroqlif  (Petroglyph) tarixi bir daşa ev sahibliyi edir. Vulkanik bir qayaya işlənən bu şəkillərin 1600 illik tarixi var. Üstəlik  daş kimi 25 min şəkil Petroqlif Milli Parkının fərqli bölgələrində var. 16-cı əsrdə kəşf edilən bölgə indiki vaxtda maraqlı araşdırmaçıların diqqət mərkəzindədir.

Uşuaya (Ushuaia), Argentina

Bura insanın məskunlaşdığı ən cənub nöqtədir. Argentinanın "Atəş Torpaqları" deyilən bölgəsində olan Uşuaya  dünyada ən cənub məskunlaşma yeri kimi tanınır.

Pripyat, Ukrayna

Ukraynanın şimalında olan Pripyat 1970-ci ildə Çernobil Nüvə Stansiyasında işləyən insanlar üçün salınıb. Müasir bir qəsəbə olan Pripyat 1986-cı ildə Çernobildəki qəzadan sonra  bir gecədə tamamilə boşaldıldı. Pripyat  indiki vaxtda ruhlar şəhəridir.  Bölgədəki radiasiya miqdarı qəzadan 30 ildən çox keçməsinə baxmayaraq hələ də normadan artıqdır.

Lixtenşteyn

35 min əhalisi olan ölkədir. Ərazisi 160 kvadrat kilometrdir. 

Sahəsi qəsəbədən belə kiçikdir. Ancaq dünyanın ən varlı  yerlərindən biridir. İsveçrə ilə Avstriya arasında olan Lixtenşteyn həyat standartları baxımından dünyanın ən çox inkişaf etmiş yerlərindən biridir.

İkaria, Yunanıstan

Egey Dənizində olan bu kiçik ada dünyanın ən uzun ömürlü insanlarına ev sahibliyi edir. Belə ki adada ortalama həyat müddəti 100 ildən daha çoxdur. Ada xalqı bu işin sirrinin bəslənmə vərdişləri və gündəlik həyat tərzləri  ilə bağlı olduğunu deyirlər.

Coober Pedy, Avstraliya

Avstraliyanın cənubunda olan Kuber Pedi dünyanın yeraltında olan ən böyük yaşayış yeridir.

Bölgə bir zamanlar mədən ocağı kimi  istifadə edilib,  lakin sonralar ehtiyatlar tükəndikcə bağlanmışdır.  Mədən kimi istifadə edildiyi dövrdə qazılan  otaqlar sonradan bölgəyə gələn insanların yurduna çevrilib.  Kuber Pedididə indiki vaxtda yerin altında kilsə, sənət qalereyaları və muzeylər də daxil olmaqla  bir qəsəbə var.

Darqavs, Rusiya

Darqavs, dünyanın ən maraqlı və sirrli yerlərindən biridir.

Rusiyanın cənubunda, Qafqaz Dağları ətəklərində olan Darqavs dünyanın ən böyük ölü şəhərindən biridir. Darqavs 10 min ölüyə ev sahibliyi edir. Təxminən min il əvvəl reallaşan Moğol hücumları vaxtı  öldürülən insanlar üçün tikilməyə başlayan Darqavsda insanlar əşyaları və mal varlıqlarıyla birlikdə dəfn edilib.

Vittier, ABŞ

Alyaskada olan  Vittier (Whittier) qəsəbəsində hər kəs tək dam altında yaşayır.

Böyük bir mənzil xaricində ətrafda başqa bir yaşayış yeri olmayan bölgədə hər kəs bir-biri ilə qonşudur.

Quançjou (Guangzhou), Çin

Uzaq olduğuna görə  Hallstatta gedə bilməyən Çinlilər üçün ölkədə Hallstatta eynilə bənzəyən bir qəsəbə sıfırdan tikilib. Quançjouda olan Hallstattın eynisi  ölkədə böyük marağa səbəb olub.

Longyearbyen, Norveç

Norveçin qurudan  uzaqdakı adası Svalbardda olan Longyearbyen qəsəbəsi dünyanın ən şimalda yerləşən yaşayış yerlərindən biridir. İqlim sərt olduğuna görə 70 ildir bölgədə ölənlərin dəfni  başqa yerlərdə həyata keçirilir. Buna görə Longyearbyendə ölmək qadağandır!

Alaotra, Madaqaskar

Afrikanın ada ölkəsi Madaqaskarda olan Alaotra qəsəbəsi dünyanın ən qorxunc ənənələrindən birinə ev sahibliyi edir. Qəsəbədə yaşayan Malaqasi qəbiləsi  hər il ölən yaxınlarını məzardan çıxarıb kortej halında rəqslərlə qəsəbəni gəzdirirlər. Ölülərə yeni paltarlar da geydirən qəbilə sakinləri  bunu qohumlarını xatırlamaq və yad etmək üçün etdiklərini  deyirlər.

Büsingen Hochrhei, isveçrə-Almaniya

Büsingen Hochrhei adlı qəsəbə həm İsveçrə,  həm də Almaniya sərhədlərində torpağı olan bir qəsəbədir. İqtisadi olaraq İsveçrəyə bağlı olan qəsəbəyə  rəhbərliyi  edir və Almaniya torpağı sayılır.

Setenil, İspaniya

İspaniyadakı Setenil qəsəbəsi böyük bir qayanın  altında yerləşir.  Bir çox binanın qayanın dibində tikildiyi qəsəbə, bu xüsusiyyəti ilə turistlərin məskənidir.

Rosvell, ABŞ

Amerikadakı Nyu-Mexiko əyalətinə aid olan  Rosvel (Roswell) qəsəbəsində 1947-ci ildə yaşanan bir hadisə hələ də unudulmur.

Hadisə şahidləri 1947-ci ildə bölgədə Yad planetə aid obyektin qəzaya uğramasını iddia edir. Bu hadisə indiki vaxtda da müzakirəyə açıq bir mövzu olsa da,  Rosvell artıq "Yadplanetli Qəsəbəsi" kimi tanınır.

Hell, ABŞ

Amerikanın Miçiqan əyalətindəki bu qəsəbənin adının niyə belə "Cəhənnəm" olduğu haqda məlumat yoxdur. Ancaq qəsəbədə yaşayanlar bu vəziyyəti fərqliliyə çevirməyi bacarıb. Qəsəbədəki az qala hər obyektin  adı İngiliscə cəhənnəm mənasını verən "Hell" sözü ilə başlayır,  ya da bitir. Tabellərin qarşısında fotoşəkil çəkdirməksə ödənişlidir.

Şafşavan, Mərakeş

Mərakeşdəki  Chefchaouen qəsəbəsi dünyanın ən mavi qəsəbəsidir.  Qəsəbədə olan  bütün strukturların divarları  mavirəngə boyanıb.  Bunun səbəbi indiki vaxtda tam bilinməsə də,  rəvayətə görə keçmişdə bu bölgədə Yəhudilərin yaşamağı üçün  binalar bu rəngə boyanmışdır. Çünki mavi, bölgədəki Yəhudilər tərəfindən müqəddəs qəbul edilirdi.

Matmata, Tunis

Tunisin cənubundakı Matmata qəsəbəsindəki evlər mağaraların içində olur. Oyuqlarda tikilən  evlərdə yaşayan qəsəbə sakinləri turistlərin də marağına səbəb olur.

Slab City, ABŞ

Kaliforniyadakı Slab Siti dünyanın sonuncu  azad qəsəbəsi kimi tanınır. Bunun səbəbi, bölgədə yaşayanların ümumiyyətlə, hippiler və ya qaçaqlar olmasıdır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com