Dünyadakı karantinlərin pərdəarxası - Tramp detalları açıqladı


Vaxt qazanırlar...

dunyadaki-karantinlerin-perdearxasi
04.08.2020 22:07 1 dəq oxuma

Yeni tip koronavirusa qarşı görülən karantin tədbirləri gələcəkdə infeksiya riskinin qarşısını almayacaq.

TurpKimi.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Ağ Evdə təşkil olunan mətbuat konfransında çıxış edən prezident bildirib ki, daimi karantin istənilən nəticəni əldə etmək üçün uğurlu metod deyil. Bu metodun zərəri faydasından böyükdür.

Dünyanın bir çox nöqtəsində pandemiyanın yenidən sürətləndiyinə işarə edən Tramp qeyd edib ki, bu karantinlər xəstəxanalar başda olmaqla, şəraitlərin yaxşılaşdırılması, xəstəlik haqqında daha çox bilgi toplamaq, peyvənd və müalicə üsulu yaratmaq üçün zaman qazanmağa xidmət edir.

Hit.az / Turpkimi.com