Dünyanın ən bahalı iti haqqında bilmədikləriniz - FOTOLAR


Böyük ölçüdə olan və çətin şəraitlərdə yaşaya bilən Tibet mastifi dünyanın ən bahalı itlərindən biridir. 

dunyanin-en-bahali-iti-haqqinda-bilmedikleriniz
11.05.2020 18:06 1 dəq oxuma

Tibet mastifinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri  qurdlara qarşı amansızca sürünü müdafiə etmə qabiliyyətinin olmasıdır. 

TurpKimi.com  Tibet mastifinin digər xüsusiyyətləri haqqında detallı məlumatlı təqdim edir:

Tibet mastifinin mənşəyi Tibetlə əlaqələdirilir. Tibet mastiflərinin boyu aslanlara bənzəyir. Dünyanın ən bahalı it növü kimi  bilinir. Tibet dağ iti, ya da Himalay dağ iti kimi də tanınırlar. Tibet mastifi Hindistan, Çin, Nepal və Tibetdəki yerli qəbilələr tərəfindən öz qoyunlarını leopardlardan qorumaq üçün istifadə edilir. 

Tibet mastifi iri gövdəli, sümük quruluşu güclü, sakit görünmələrinə  baxmayaraq yeri gəldiyində təcavüzkar  və güclü bir iradəyə sahibdir. Tibet mastifi uğurlu  çoban itidir, sürüyə yaxınlaşan qurdlara qarşı amansız davranır.

Səyyah Marko Polonun Tibet mastifinin xüsusiyyətləri haqqında "Bir eşşək qədər yüksək və səsi bir aslanınkı qədər güclüdür" deyirdi.

Etibarlı və nəzakətli təbiəti vardır. Nadir hallarda hürərlər, buna baxmayaraq lazım olduğunda ailəsini və bölgəsini qorumaqdan çəkinməzlər. Ona görə də  yaxşı gözətçi iti ola bilərlər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com