Dünyanın ən bahalı məktəbinin qiyməti dodaq uçuqladır


Dünyanın ən bahalı məktəbi İsveçrədə yerləşir.

dunyanin-en-bahali-mektebinin-qiymeti-dodaq-ucuqladir
28.12.2025 09:21 1 dəq oxuma

İsveçrədə yerləşən “Le Rosey” məktəbi məzunları arasında kralların və super zəngin ailələrin övladları olduğu üçün dünyanın ən bahalı məktəbi kimi tanınır.

1880-ci ildə yaradılan “Le Rosey”nin Cenevrə ilə Lozan arasında yerləşən iki kampusu var. Birincisi Rolle şəhərində yerləşən və XIV əsrə aid olan Rosey qəsridir. Milad bayramından sonra isə şagirdlər təhsillərini Gstaaddakı xizək mərkəzində yerləşən kampusda davam etdirirlər.

TurpKimi.com  xəbər verir ki, məktəbdə xizəkdən yoqaya qədər müxtəlif sahələr üzrə şagirdlərin özlərini inkişaf etdirmələri üçün geniş imkanlar yaradılıb. Keçmiş İspaniya kralı Juan Carlos, keçmiş Misir kralı II Fuad, Belçika kralı II Albert də bu təhsil ocağının məzunları arasındadır. Məhz buna görə məktəb “Kralların Məktəbi” kimi də tanınır. Məktəbin illik təhsil haqqı isə təxminən 350 min manata yaxındır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com