"The Economist Intelligence Unit" ən bahalı şəhərlərin adını açıqlayıb.
TurpKimi.com xəbər verir ki, siyahı hazırlanarkən qalmaq üçün yerlərin qiymətləri, nəqliyyat, təhsil, sağlamlıq kimi xidmətlərin əlçatan olması nəzərdə tutulub. Siyahıya başçılığı Paris və Honq-Konq edir. Daha əvvəlki siyahıda yer tutan London, Oslo və Milan isə bu dəfə ilk 10-da iştirak etmədi.
Pandemiyanın kölgəsində keçən 2020-ci ildə qlobal iqtisadi durğunluq davam edərkən bəzi şəhərlərdəki qiymətlər də bu istiqamətdə daha da artdı.
Paris, Fransa
Dünyada ən çox turistlərin diqqətini çəkən Paris 2020-ci ildə dünyanın ən bahalı şəhəri oldu. Qalmaq, nəqliyyat, çöldə yemək yemə kimi dəyərlər ölçülərək hazırlanan siyahıda Paris özünə zirvədə yer tapdı.
Dünyanın ən romantik şəhərlərindən biri kimi tanınan və hər il milyonlarla turisti qonaq edən Paris qiymətlərin baha olması ilə də diqqət çəkir.
Honq-Konq
1999-cu ildə Birləşmiş Krallıqdan Çinə bağlı avtonom bölgə statusu olan Honq-Konq dünyanın ən bahalı şəhərləri siyahısında zirvəni Paris ilə paylaşır.
Honq-Konq, xüsusilə fantastik qiymətə malik ev, iqamətgah qiymətləri ilə məşhur bir şəhərdir. Bunun başlıca səbəbi çox əhalinin dar bir sahədə yaşamasıdır.
Əhalinin çox olması və yaşamaq üçün yararlı olan yerin az olması hündürmərtəbəli binaların sürətlə tikilməsinə səbəb oldu. Dünyada ən çox göydələnə sahib şəhərlərdən biri olan Honq-Konq yemək-içmək qiymətləri ilə də bahadır.
Sürix, İsveçrə
İsveçrənin ən böyük şəhəri olan Sürix dünyanın ən bahalı restoranlarına da ev sahibliyi edir.
Dünyanın məşhur bank mərkəzlərindən biri olan Sürixdə evlər çox bahadır. Təbii, isveçrəlilərin yüksək həyat standartları olduğuna görə, bu qiymət onlar üçün baha deyil.
Sinqapur
Sinqapur dünyanın ən kiçik ölkələrindən biridir. Hətta gerçək bir şəhər dövləti xüsusiyyətinə maikdir. Uzaq Şərqin ən maraqlı ölkəsinin maraqlı qadağaları var və güclü iqtisadiyyatı ilə də dünyaya meydan oxuyur.
Sinqapur dünyada adambaşına ən yüksək gəlirin düşdüyü ölkələrdən biridir.
Sinqapur eyni zamanda dünyanın ən bahalı şəhərlərindən də biridir. Kiçik bir ölkə olmasına baxmayaraq, əhali sıx məskunlaşıb və şəhərdə göydələnlərin sayı da artmaqdadır.
Osako, Yaponiya
Dünyanın ən yeni şəhər texnologiyasına malik Yaponiya sıx əhalisi ilə də diqqət çəkir. Ölkənin ən böyük şəhərlərindən biri olan Osako isə həm Yaponiyanın, həm də dünyanın ən bahalı şəhərlərindən biridir.
Ərazisi Tokiodan kiçik olmasına baxmayaraq, təxminən 20 milyon insanın yaşadığı Osakoda iqamətgah, hotel, yaşayış evləri, nəqliyyat baxımından dünyanı geridə qoyur.
Şəhər bu baxımdan Uzaq Şərqin də ən bahalı şəhərlərindən biri kimi diqqət çəkir.
Tel-Əviv, İsrail
Yaxın zamanlara qədər kiçik bir qəsəbə olan Tel-Əviv yarım əsrdə həm İsrailin ən böyük şəhəri oldu, həm də Orta Şərqin ən inkişaf etmiş şəhəri statusu qazandı.
Göydələnlərlə birlikdə planlı şəhərsalma ilə də diqqət çəkir.
Aralıq dənizi sahilində yerləşən və ilin böyük hissəsi günəşli keçən Tel-Əviv turistləri də cəzb edir. Qalmaq, yemək qiymətlərinin çox baha olması ilə turistlərə çətin anlar yaşada bilir.
Cenevrə, İsveçrə
Sürixlə birlikdə İsveçrənin siyahıda iştirak edən iki şəhərindən biri olan Cenevrə dünyanın ən yaşanıla bilər şəhərləri arasında da göstərilir. Leman gölü sahilində yerləşən Cenevrə arxitekturası və təbiəti ilə ziyarətçilərini özünə heyran qoymağı çox gözəl bacarır.
Ancaq Cenevrə çox baha həyat tərzi ilə də məşhurdur. İsveçrənin sahib olduğu yüksək həyat standartlarına mütənasib olaraq qiymətlərin də yüksək olduğu şəhərdə turistlər çətinlik çəkir.
Nyu-York, ABŞ
Avropadan Şimal Amerikaya keçirik. Dünyanın maliyyə mərkəzi Amerika filmlərinin şəbəkəsi Nyu-York saysız-hesabsız film istehsalı, mahnı, romana mövzu olmuş bir şəhərdir. Dünyada göydələn anlayışının ilk ortaya çıxdığı şəhər olan Nyu-York, indiki vaxtda turistlərin də maraq mərkəzidir.
Arzular şəhəri olan Nyu-York qiymətlərin baha olması ilə də diqqət çəkir. Şəhərdə xüsusilə ev çox bahadır. Bunun səbəbi digər şəhərlərdə də olduğu kimi məhdud bir sahədə çox sayda insanın yaşamasıdır.
Kopenhagen, Danimarka
Danimarkanın paytaxtı Kopenhagen eyni zamanda dünyanın ən yaşanıla bilər şəhərlərindən biri kimi önə çıxır. Yüksək həyat standartlarına sahib olan şəhər stressiz həyatı ilə diqqət çəkir. Bir şəhərdə lazım olan hər şeyi özündə birləşdirən Kopenhagen satın alma gücü baxımından dünyanın qabaqda gedən ölkələrindən biridir. Həyat standartları çox yüksəkdir. Burda qalanlar üçün bu bahalıq heç də problem deyil. Amma ölkəyə gələn turstlər pul baxımından çox əziyyət çəkirlər.
Los Anceles, ABŞ
ABŞ-dan siyahıya daxil olan ikinci şəhər Los Anceles dünyada kinonun ürəyinin atdığı şəhər kimi bilinir. Hollivuddakı film studiyalarına görə hər il yüzlərlə filmin çəkildiyi şəhər məşhur adlar üçün də bir məskəndir.
Amerikanın ən zəngin bölgələrindən biri olan Los-Ancelesdə bir-birindən məşhur adamlar bir-birləri ilə qonşudur. Ancaq bu məşhur adlarla qonşu ola bilməyin xərci də milyon dollarlarla ölçülür. Los-Anceles dünyada ev qiymətlərinin ən baha olduğu şəhərlərdən biridir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com