2013-cü ildə "Hacı Əminin Qəribə Həyatı" (The Strange Lifə of Amou Haji) adlı sənədli film çəkilir. Qısa sənədli filmdə yer üzündə ən uzun müddət duş qəbul etməyən insanlardan birinin həyatı göstərilirdi.
Dünya rekordunun kimə aid olduğu mübahisəli olsa da, İranlı yaşlı adam bəlkə də bu sahədə müasir tarixdə ilk sırada yer tuturdu.
Hacı Əmidən əvvəl 67 yaşlı Hindistan vətəndaşı Kailash Singh ən uzun müddət duş qəbul etməyən insanlardan biri kimi tanınırdı. Singh 39 il sudan uzaq durduğunu deyib.
94 yaşlı Hacı Əmi bütün həyatını İranın cənubundakı Fars əyalətində keçirib. Feraşbend şəhərinin Dejgah kəndində doğulub boya-başa çatıb.
TurpKimi.com xəbər verir ki, İranın rəsmi mediası tərəfindən adı çəkilməyən "Hacı Əmi" ləqəbli adam 60 ildən çoxdur ki, duş qəbul etməyib. İranlı çimməyin insanı xəstə edəcəyinə inanırmış.
"Hacı Əmi"nin həyatı başqa insanlardan seçilib. Heç evlənməyib, torpaqda yaranan bir deşikdə yaşadığını görən kəndlilər ona kərpic daxma tikib. Təzə yemək və içkilərdən də xoşu gəlməyib. Ən sevdiyi yemək çürümüş kirpi olub. Suyu isə paslı yağ bidonundan içirmiş. Siqaret əvəzinə köhnə bir tənbəkiyə doldurduğu heyvan nəcislərini çəkirmiş.
Dünya onu qısa sənədli film ilə tanıyıb. Bu filmdən sonra "Dünyanın ən çirkli insanı" yalnız İranda deyil, hər yerdə məşhurlaşıb.
Dejgah kəndində yaşayan gənclər "Hacı Əmi"ni çimizdirmək istəyiblər, ancaq yaşlı kişi əllərindən qaçıb.
Ən sonunda, 94 yaşında uzun-uzadı söhbətlərdən və cəhdlərdən sonra onu duş qəbul etməyə razı sala biliblər. Hacı Əmi ilk duşdan bir neçə ay sonra isə xəstələnərək ölüb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com